Şeirlər

Qışa aid şeirlər

Qışa aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz.

Qış şeirlərindən ilk 5-i uşaqlar, qalan 2-i isə böyüklər üçün nəzərdə tutulmuşdur.

1) Qış (M.Namaz)

Qış bağlayıb yolları,
Cığırları, izləri.
Dümağ qara bələyib
Dərələri, düzləri…
Uşaqlarsa bayırda
Qaçırlar, sürüşürlər.
Qar topu oynayırlar,
Atılırlar, düşürlər.
Qış qorxutmur onları,
Qorxmazlara min alqış.
Uşaqların əlində
Oyuncağa dönüb qış.


2) Qar Şeiri (Mirvarid Dilbazi)

Qar örtdü bağça bağları,
Çiçəkli gülü dağları,
Qışın səfalı çağları
Yetişdi. Qəlbim oldu şən.

Səfalıdır bizim Vətən.
Nə xoş gəlib bu qış, bu qar
Qışın da başqa zövqü var.
Qar altda yatdı tarlalar

Düm ağ geyindi çöl, düzən.
Səfalıdır bizim Vətən.
Fərəhlidir bu eldə qış,
Baharda gur yağan yağış,

Açıb düm ağ örpəyi
A yurdumuz bəzən-bəzən,
İlin bütün fəsilləri
Səfalıdır bizim Vətən.


3) Qış gəlibdi (Nurlu Aydın.)

Qış gəlibdi uşaqlar,
Yolkamızı bəzəyək,
Şaxta baba gələcək,
Yeni şeir öyrənək.

Hər yerə qoy yayılsın,
Əlvan rəngli işıqlar,
Yolkamızı bəzəsin,
Al-əlvan oyuncaqlar.


4) Qar Şeiri (Mirmehdi Seyidzadə)
Qarabax, qara
Gör necə yağır.
Çıxsan bayıra
Məni də çağır.

Qalın geyinək,
Həyətə çıxaq.
Qartopu yığaq.
Top-top oynayaq.


5) Uşaq və Buz(Mirzə Ələkbər Sabir)

Dərsə gеdən bir uşаq,
Çıхdı buz üstə qоçаq;
Sürüşdü birdən-birə,
Düşdü üz üstə yеrə.
Durdu uşаq nеylədi?
Buzа bеlə söylədi:
“Sən nə yаmаnsаn, а buz?
Аdаm yıхаnsаn, а buz!
Аz qаlıb ömrün sənin,
Yаz gələr, аrtаr qəmin,
Əriyib suyа dönərsən,
Ахıb çаyа gеdərsən!”


6) Qar dənəsi (Arif Buzovnalı)

Yenə göydən yerə sakitcə enir qar dənəsi,
Havada rəqs elədikcə deyinir qar dənəsi.
Soyudur torpağı qəlbindəki həsrət, həyəcan,
Küləyin buz nəfəsiylə isinir qar dənəsi.
Oxuyur eşqini bir şərqi tək azadəliyə,
Dinsə ancaq bu məhəbbətlə dinir qar dənəsi.
Yerə çatsa dönəcək göz yaşına yaxşı bilir,
Bu vüsaldan elə qorxur, çəkinir qar dənəsi.
Uzadır ağ əlini torpağa tənbəl-tənbəl,
Arzuya çatmağa sanki ərinir qar dənəsi.
Soyunur torpağa yetdikcə gəlinlik geyimin,
Su olub adi libasın geyinir qar dənəsi.
Arifin qəlbi alışdıqca yerin altında
Buxara döndüyünə çox sevinir qar dənəsi.


7) Qar Yağir (Kənan Əkbərov)
Yenə qar yağdı boz dağa,
İlahidən bir neymətdir.
Bilnur düşdü baxça bağa,
Qar ruzudur, bərəkətdir.
Səpələnir dənə-dənə,
Düşür, budağ üsdə dənə,
Güc verir gücsüz bədənə,
Görənlər deyir cənnətdir.

Nəzər etdim sola-sağa,
hər tərəf bürünmüş ağa,
Həvəs artır yaşamağa,
Bu başqa məhəbbətdir.
Həzin-həzin, ara-ara,
Sulu qardan, dönür qara,
Təbiətdən insanlara,
Hədiyyədir, lətafətdir.

Bənzər yazılar:

Qara aid statuslar
Şaxta babaya aid şeirlər
Şaxta babaya aid şeirlər

Bu yazını dəyərləndir

Back to top button