Maraqli Statuslar

Yaxsiliga aid statuslar

Yaxsiliga aid statuslar paylaşaraq sizlərə ehtiyacınız olan anda kömək əlini uzadanlara təşəkkür edə bilərsiniz. Çünki bu həyatda daim bizim yanımızda olacaq insanlar pis günlərimizdə yanımızda olanlardır. Onların əməyini dəyərləndirmək məqsədilə yaxsiliga aid statuslar paylaşın.

Alçaq insanlara yaxşılıq etmək, dənizə su daşımağa bənzər.

Yaxşılıq insanlıq sənətidir.

Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir. 

Yaxşılıq əbədidir, həyatımızın ali məqsədidir. Yaxşılığı necə başa düşməyimizdən asılı olmayaraq, həyatımız yaxşılığa can atmaqdan ibarətdir.

Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur.

Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir.

Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

Yaxşı da, yaman da, keçər dünyada,Çalış yaxşılıqla düşəsən yada. 

Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaqdır.

Yaxşılığı bir dəfə eləmək, min dəfə deməkdən yaxşıdır.

Ən pis insan yaxşılığa pisliklə qarşılıq verəndir. Ən yaxşı insan pisliyə yaxşılıqla qarşılıq verəndir. 

İtə sümük atmaqla yaxşılıq etmiş sayılmırsan. Əsl yaxşılıq, it qədər ac olduqda yeməyi onunla bölüşməkdir.

İnsan hər gecə yatmazdan əvvəl özünə sual verməlidir: ” Bu gün nə pislik etdim, nə danışdım, nə düşündüm, nələri anladım və hansı yaxşılıqları etdim?”

Pisliyə son qoymağın yalnız bir yolu var- pis insanlara yaxşılıq etmək.

Hər insan, etmədiyi bütün yaxşılıqlardan günahkardır. 

Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdir.

Söz ağızdan çıxmadan öncə 3 qapıdan keçməlidir:Yaxşılıq, nəzakət və lüzum.

Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. 

Bir insanın həqiqi sərvəti bu dünyada etmiş olduğu yaxşılıqlardır.

Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə.

Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. 

Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.

Öz qayğına qalmırsansa, başqasınının qayğısına necə qalacaqcan? Özünü pis hiss edirsənsə, başqalarına necə yaxşılıq edəcəksən? Sən özünü sevmədən başqasını sevə bilməzsən.

Hər cür pisliyi etməyə müqtədir ikən, pis bir şey etməmək: Budur yaxşılıq.

Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır. 

Dinin özü yaxşılıq etmək, pislikdən qaçınmaqdır.

Və bəzən yaxşı şeylər bitər ki, daha yaxşıları başlasın.

Xeyirxahlıq səmimilikdən, yaxşılıq düzgünlükdən ayrılmazdır. 

Yaxşılıq, sadə pislik isə çox istiqamətlidir. 

Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın

Yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir.

İstəyirəm ki hər kəs doğruluğu, yaxşılığı, qardaşlığı , sülhü rəhbər tutsun.

3.3/5 - (3 votes)

Back to top button