Maraqli Statuslar

Saxta insanlara aid statuslar

Saxta insanlara aid statuslar çox zaman virtual aləmdə qarşımıza çıxır. Dost bildiyimiz insanlardan bəzi hallarda ən ehtiyacımız olan zamanlarda zərbələr ala bilirik. Üzdə dost görünüb də, bizə quyu qazanlar üçün siz də saxta insanlara aid statuslar paylaşa bilərsiniz. Yeni statuslar ilə bizim vasitəmizlə tanış olun.

Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizə yaltaqlanan dostlarınızdan qorxun. 

Birisi bəslərdi qurd balasını
Böyücək məhv etdi öz ağasını

Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz… ( soxucu sozler )

Kölgəyə girənin оlmaz kölgəsi,
Оlsa da çörəyi, оlmaz süfrəsi. 

Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar.

Elə adamlar var ki, özləri yalan danışmaqdan qaçsalar da, yalançıların xidmətindən məmnuniyyətlə istifadə edirlər.

Onda ki, yalan taxta çıxır,
Saf almaz saxta çıxır. 

Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək.

Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kimə inanmamasıdır. 

İkiüzlü adamdan dost olmaz.

Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir.

Qəribə deyilmi? Üzünə güləcək qədər dost sandıqların, əslində dalınca danışacaq qədər üzsüzdülər.

Saxta göz yaşları ilə duzlu suyun heç bir fərqi yoxdur.

Pul və insan arasındakı qarşılıqlı əlaqə belədir: İnsan pulun saxtasını edər, pul da insanın.

Gözə soxulan sadəlik – niyyətli ikiüzlülükdür.

Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim?

Bəlkə də saxta dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.

Artıq ikiüzlü insanları sevməyə başladım. Çünki yaşadıqca iyirmiüzlü insanlar görməyə başladım. 

İkiüzlülük iki tərəfi kəskin bir qılınca bənzər.
Bir tərəfi aldatdığı insanı, digər tərəfi isə sahibini kəsər.

Kökündən şübhə etdiyin ağacın köLgəsində oturmamalısan!

“Bir gün danışmasam öLərəm” dediyinız insanların üstündən illər keçdi..

Çox üzr istəyirəm əllərini tutduğum üçün, çox üzr istəyirəm gözlərinə baxdığım üçün, çox üzr istəyirəm səni insan yerinə qoyub sevdiyim üçün.

Sənə deyəcək başqa sözüm yoxdur, həyat səni sənin kimilərlə qarşılaşdırsın…

Şair olsaydım şeir yazrdım vəfasız insanlara qəbir qazardım!

Nə ilk idin, nə də ki son. Sən sadəcə həyatımda kiçik bir oyun… Sevgiylə doğuldun, Nifrətlə yox oldun…

Hər şeyi unudaram amma ehtiyac duyduğum anda arxasını dönənləri heç vaxt!

Bir vaxtlar nəfəsimdin, indi sadəcə nifrətimsən…

Mən gözləyərəm qayıtmağın üçün deyil, peşman olduğunu görmək üçün

İnsanları yalan söylədiklərində dinləməyi sevirəm. Çünki olmaq istədikləri, amma ola bilmədikləri insanları danışırlar.

Pislər özlərinə daha çox təhəmmül edildiyini gördüyü zaman daha çox azarlar.

Həyatda kimsəyə güvənməyəcəksən demək axmaqlıqdır inan. Amma kimə iki dəfə güvənəcəyini hesablamalı insan.

3.4/5 - (5 votes)

Back to top button