Şeirlər

Bacıya aid şeirlər

Bacıya aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq Bacı haqqında 5 mənalı şeiri sizlər üçün bir araya topladıq.



1️⃣ Bacı (Elşən Səfərov)

Qardaşa, anadan xəzinə,paydı
Könüldə açılan,çiçəkdir, bacı
O, isti günəşdi, işıqlı aydı
Hər evdə çırağdı,bəzəkdi, bacı

Dərdimə,məndən çox ağlayan odu
Tər-təmiz bulağdı, o şəffaf sudu
Dərdlərim gizlənir, gələndə adı
Dərdimi qorxudan, fələkdir, bacı

Uşaq tək nazımı, çəksə yorulmaz
O elə zəncirdi,möhkəm, qırılmaz
Onun tək nə bir dost,nə bir yar olmaz
Köksümdə döyünən,ürəkdir, bacı

Bəlkə də incitdim,küsə bilmədi
Duasın üstümdən,kəsə bilmədi
Bir, özgə tərəfə,əsə bilmədi
Dərdimi sovuran,küləkdir, bacı

Üzülsəm, gecələr heç yata bilməz
Gözümdə qəm görsə,üzü də gülməz
Gözüylə danışar,dili də dinməz
Gözündən nur saçan,mələkdir, bacı

Ərköyün böyüdük,qayğıdan uzaq
Bacılar,hər zaman tüstüsüz ocaq
Qardaşlar bacıya hünərdi,ancaq,
Bacının özünə,gərəkdir, bacı


2️⃣ Canım Bacım (Naməlum)


O mənim sirdaşım,o mənim dostum.
Anadan yadigar qalandır bacı.
Bacının dərdini öz dərdi bilib,
Hər gecə xeyala dalandır bacı.

Mənimlə ağlayıb,gülsəm.gülən o,
Dərdimi dinləyib,dərdi bölən o.
Bacının hər dərdi-sərin bilən o,
Bacının dərdinə yanandır bacı.

Fəxr edirəm, mənim sən tək bacım var,
Düşünürəm varsan, başda tacım var.
Mənim sənə daim ehtiyacım var,
Özunə yaxşı bax canımsan bacı.

Ömrümə yaraşıq,hər an bəzəkdir,
O mənim canımdı mənə gərəkdir.
Bacın yoxsa canın yoxdur,deməkdir.
Mənimdə ikinci canımdı bacım…


3️⃣ Bacı Başın Tacıdır (Kənan Əkbərov)

Bacı kimi qayğına qalan var mı dünyada,
Başın gözünün nuru, bacı başın tacıdır.
Dərdinə dərd yoldaşı, sirrinə sirdaş olan,
Uğruna can yandıran vallah elə bacıdır.

Ayağna dəysə daş, yanar bacının canı.
Çıraq olar yolunda, nura tutar dünyanı.
Kimsə anlaya bilməz, bacı kimi insanı,
Bacı ana yarısı, ana ehtiyacıdır.
İnsana can yandıran vallah elə bacıdır.

Hərdən xoş gələr sözü, hərdən canını incidər,
Gah sən deyəni deyər, gah sənə qarşı gedər,
Qalmaz zarafatından ürəkləri fəth edər
Şirin sözü, kəlamı dərdlərin əlacıdır
İnsana can yandıran vallah elə bacıdır.


4️⃣ Bacım (Elvin Elxanoğlu)

Bacım, əziz bacım,
ay gözəl bacım,
Ay mənim dəyərlim,
mənim baş tacım…
Sənsən bu həyatda varım, dövlətim,
Sənsən mənim ən dəyərli zinətim.
Bir evdə keçibdir uşaqlığımız
O ən doğma olan,
o pak, ən təmiz,
İndi şəkillərdə axtardığımız,
O qayğısız keçən saf çağlarımız…
Birlikdə görmüşük gözəl günləri,
Birlikdə aşmışıq çətinlikləri,
Bir evdə böyüyüb başa çatmışıq,
Bir evdə etmişik dəcəllikləri…
Səninlə bağlıdır xatirələrim,
Hərdən düşünürəm,
salıram yada,
Bacıdan dəyərli, bacıdan əziz,
Görəsən bir varlıq varmı dünyada?!
Bacım, gözəl bacım,
mehriban bacım,
Bil ki, sən hər zaman mənə lazımsan,
Uca Yaradana şükürlər olsun,
Yaxşı ki, həyatda mənim bacımsan,
Bütün gözəlliklər qoy sənin olsun,
Qəm-kədər qarşına çıxmasın sənin,
Gözlərin gülüşün vətəni olsun,
Dərdlər ürəyini sıxmasın sənin…
Bacı hər qardaşa gərəkdir,gərək,
Dar gündə yanına ilk o gələcək.
Səninlə ağlayıb,sənlə güləcək…
Bacılar hər evə bazəkdir, bəzək,
Bir bacı bir evdə solmayan çiçək,
Bacı ən xoş arzu, ən gözəl dilək,
Bacı bir anadır, analar mələk…
Gəlin, bacımızın dəyərin bilək.
Gəlin, bacımızın dəyərin bilək.


5️⃣ Bacım, hardasan? (Sona Novruzova)

Qəlbimi dumanlar,çənlər alanda
Fikirlər başımda yuva salanda
Gücüm tukənəndə, məyus olanda
Çarəsiz dayanıb gözum dolanda
Məni anlayanım,bacım,hardasan?
Halıma yananım,bacım,hardasan?

Bala çox şirindir,hər kəs də bilir
Ana müqəddəsdir-ölü,ya diri
Qohum,ya da dost-hərənin öz yeri
Sən uzaq duşəndə açılır sirrim
Məni anlayanım,bacım hardasan?
Halıma yananım,bacım,hardasan?

Səninlə danışmaq cox rahat olur
Hər fikrə aydınlıq,bir safliq dolur
Gül susuz qalanda necə ki,solur
Su tək qəlbi saf bacım,gəl,nə olur
Məni anlayanım,bacım,hardasan?
Halıma yananım,bacım,hardasan?

Səni düşünərkən çıxardım yola
İstər yağış ola,istər qar ola
Baxmazdım nə sağa,nə də ki,sola
Gəl,isti qolunu boynuma dola
Məni anlayanım,bacım,hardasan?
Halıma yananım,bacım,hardasan?

Həyat bəzən şirin,bəzən də acı
Həyatda tanrının payıdır bacı
Ağrılı günlərin,dərdin əlacı
Səni anlayınca olur baş taçın
Məni anlayanım,bacım,hardasan?
Halıma yananım,bacım,hardasan?


Oxşar yazılar:
Bacıya aid statuslar
Baci haqqinda statuslar
Ataya Aid Sozler 

1/5 - (1 vote)

Back to top button