Mənalı Sözlər

Yanıltmaclar

Yanıltmaclar şifahi xalq ədəbiyyatı janrdır. Yanıltmaclar adətən ölçülü, qafiyəli sözlərdən ibarət olur. Nağıl, hekayə, tapmaca, xalq teatrı kimi ədəbi janrlarda, uşaq oyunlarında yanıltmaclara rast gəlinir.

Yanıltmacdakı sözlər fonetik cəhətdən bir-birinə çox oxşadığına görə bir neçə dəfə aramsız, tələsik və təkrar edildikdə deyilişi çətinləşir, dil dolaşır və sözlər bir-birinə qarışıb gülüş yaradır. Yanıltmaclarda mənaya diqqət edilmir.

Uşaq folklorunda xoş vaxt keçirmək, danışıq qabiliyyətini inkişaf etdirmək,nitqdəki qüsurları aradan qaldırmaq üçün, oyunlarda yoldaş seçmək üçün yanıltmaclara tez-tez müraciət edilir. İstifadə edildiyi yerə bağlı olaraq nağıl yanıltmacı, oyun yanıltmacı kimi fərqli adlar ala bilir. Yanıltmaclar uşaq oyunlarında və nağılların baş, orta və sonunda işlənir.

Yanıltmaclar həm nəzm, həm də nəsr formasında olur. Sözler elə formada sıralanıbki onları deyəndə nəinki uşaqlar hətta böyüklərdə çaşır.

Yanıiltmaclar tez-tez və çaşmadan deməyi və yadda saxlamağı bacaran uşaqlarda nitq qabiliyyəti və zehni öz həmyaşıdlarından daha tez inkişaf edə bilir.

Reklamlara Klikləyin 😊
loading...

 Ən yaxşı Yaniltmaclar

Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.

Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?

Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min….

Bayram günü gələcik sizə bayramlaşmağa. Bayramlaşsaz da bayramlaşacıq. Bayramlaşmasaz da bayramlaşacıq.

Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.

Bu şorbanı nanələşdirməlimi də yeməli, nanələşdirməməli də yeməli?

Bülbül gülə gül dedi gül gülmədi getdi bülbül gülə gül bülbülə yar olmadı getdi

Cücüləri cücələrə tapşırdılar cücülər,

Cücüləri bircə-bircə aşırdılar cücələr.

Çağatayda çarmıxa çaxılan çarın

Çavuşu, palçıqlı çamçağı çayda çalxalayarkən, çantasından paltarlarını oğurlatdı…

Dağdan dığırlanır dığır-dığır dığdığa.

Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək; həm kötək yedi köpək, həm kəpək yedi köpək.

Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən.

Ey dibi quru qabığı quru kobud qarağac ,məni gördüncəmi qurudun. ey dibi quru qabığı qara-qara ağac məni görmədinmi qurudun.

Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var.

Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə.

Gül güllükdə, kül küllükdə, gül güllükdə, kül küllükdə.

Haqqı, haqqıya getmiş, Haqqı. haqqıdan haqqını istəmiş, Haqqı,

Haqqının haqqını verməyincə, Haqqı da Haqqının haqqından gəlmiş.

İki keçəl kor kirpinin cırıq kürkünü dişi keçəl kor kirpinin cırıq kürkünə əlavə etmişlər.

Keçilər köçürdülər, küçədən keçirdilər. Küçük qaçdı küçəyə. Keçilərin kiçiyi, keçi dedi küçüyə.

Qığılcımı qıcıqlandırma qıcıqlandıracaqsansa qığılcımlanacaq.

Qırx qazan qırx küp qulpu, xub qırx qazan qırx küp qulpu.

Qırx küp, qırxının da qulpu qırıq küp.

Mollanı əmmamələməlimi, əmmamələməməlimi?

Ocağı qığılcımlandırma, qığılcımlandırsan da qığılcımlandıracağam, qığılcımlandırmasan da qığılcımlandıracağam.

Sizin allı ballı qapaqlı bayquşunuz bizim allı ballı qapaqlı bayquşumuza allı ballı qapaqlı bayquş demiş…

Yarpağın üstündə bir tırtıl, yarpağı yeyir tikə-tikə, yarpağı yemə murdar xain tırtıl.

Yetişmiş yemişi yetim yemiş.

Şikəstə çalan, şikəstəsizləşmişəm, şikəstə çal.

Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min…

Zamanın samanlığına saman gəlincə, samansız Zamanın samansızlıqdan canı çıxdı mı ki?

Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. Dedim: – Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü? Dedi: – Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.

Back to top button
Close