Dini Statuslar sözlər və kəlamlar ✅
Dini statuslar yukle və özü sosial media hesabınızda və a kələmlar kimi dostlarınla bölüşə bilərsən. Dini kəlablar hər biri din xadimlərinin və müqəddəs insanlar tərəfindən söylənilmiş və yazılmışdır.
Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir.
– Əbdülqədir Gilani
Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam. Allahın sənə verdiyi nemətləri itirmə, Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.
– Əli bin Əbu Talib
Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.
– Məhəmməd Peyğəmbər
Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu.
Məni bir mən bilərəm, bir də Yaradan. Mənə bir mən lazımam, bir də Anlayan…
– Mövlana
Ədalətsizlik edən ədalətsizliyə uğrayandan daha bədbəxtdir.
Qorxu Allahdan qorxusu olmayan üçündür. (Hz. Mövlana)
Hər insanın qiyməti əxlaqının gözəlliyi qədərdir.
(Hz. Əli)
İnsanlara verilən şeylərin ən xeyirlisi gözəl əxlaqdır.
Qürur edəni Allah alçaldar, alçaq könüllü olanı yüksəldər.
Din qardaşının ayıbını örtən kimsənin Allah Təala dünya və axirətdə qüsurunu örtər.
(Hədis-i Şərif)
Siz mallarınızla hər kəsi məmnun edə bilməzsiniz, onları gülər üz və gözəl əxlaq ilə məmnun etməyə çalışın
(Hədis-i Şərif)
Möminin qəlbi Allah Təalanın iki qüdrət barmaqları arasındadır.
(Hədis-i Şərif)
➡️ Statuslar dini şəkillər və din haqqında kəlamlar
Dini statuslar hətta digər dahi şəxsiyyətlər tərəfindən deyilən təriflərlədə mövcuddur. Aşağıdakı məşhur elm adamlarının din haqqındakı ibrətamiz sözlərini oxuyub mariflənə bilərsiniz.
Olmadı deyə sızlandığın duaya, gün gələr olmadı deyə şükür edərsən.
– Şəms Təbrizi
Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.
– İmam Həsən Əskəri
Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə.
– Lev Tolstoy
Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir.
– Məhəmməd Peyğəmbər
Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.
– Mövlana
Alınmırsa alınmır vardır Allahın bir bildiyi.Üsyan etmə heç vaxt, sonradan anlayarsan sənin üçün edilmiş xeyiri.
Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur..
Dua, Sevgiliye yazılmış məktub kimidir; Zərfin içərisinə ürəyini qoyanın, duası qəbul edilir.
Ürək ALLAH ilə birlikdəykən istirahət edər. Başqalarının yanında yorular.
Qarşısında diz çöküləcək tək sevgili, yeri və göyü yaradanALLAH`dır.
Digər oxşar mövzular və statuslar: