StatuslarSözlər

Statuslar dini

Statuslar dini mövzularda çox sayda açılır. İnancı olan kəslər üçün bu mövzularda olan fikirlər daha çox diqqət cəlb edir. Maraqlı hədislərdən, peyğəmbər və tnınmış5din xadimlərinin işlətdiyi ifadələr müselmanlar üçün olduqca maraqlı, yol göstərəndir. Satuslar dini mövzularda paylaşım etmək istəyən hər kəs üçün təqdim olunur.

Ey dilim, sən mənim həm sərvətim, həm fəlakətim… Məni bəxtiyar edən də sənsən, bərbad edən də…

Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər.

Yaxşılığını gizlətmək pisliyi gizlətməkdən üstündür.

Niyyəti pis olanın atdığı ox özünə qayıdar.

Quran bir sirdir, sirrin sirridir, sirlərə inandıran sirdir. (Humeyni)

Həzrəti Məhəmməd ümmətinin mənə ən yaxın olanları mənə ən çox salavat gətirənlərdir.

Uca Allah Qurana uyan millətləri yüksəldir. Uymayanları alçaldır. (Hz. Ömər)

Allahdan qorxandan başqa kimsəyə güvənmə. 

Hər kəs qorxduğundan qaçar, yalnız Allahdan qorxan ona yaxınlaşar. 

Allah qarşınıza Allah qorxusu olanları çıxarsın, gerisi təfərrüatdır.

Minnət ağır yükdür, heç kim daşımaq istəməz. (Diderot)

Qəlbin döyüntüsü əcəlin ayaq səsləridir. (Beyazidi Bestami)

İkisi şeyi əsla unutma: Allahı və ölümü. İki şeyi unut: etdiyin yaxşılığı və gördüyün pisliyi.

Duam bəlli, duyan bəlli. Gerisi Allahın işidir.

Ey torpaq, rəbbim məndən razı olana qədər məni ağuşuna alma.

Kainatda ən yüksək həqiqət imandır, ondan sonra namazdır.

Əyri ox düzgün yol almaz. (Hz. Əli)

İnsanı məsxərəyə qoyan dilidir. (Sadi)

Allahdan gələnə razı olsaq Allah da bizdən razı olar. (Hz. Mövlana)

Əsl zəngin bilgisi çox olan insandır. (Hz. Əli)

Heç kim heç kimin qulu deyil. (Hz. Əli)

Cəvahir varsa pul nəyə yarar, əczini bilməyən qul nəyə yarar, hər kəs bir yolla gedir, Mövlanaya aparmayan yol nəyə yarar…

Bəzən çıxış yolu tapa bilmirsən, Allaha yönəl, yol səni tapsın.

Adam var ki, inanmaq istəyir, amma inana bilmir. Adam da var ki, inanmaq istəməsə də inanır. (Əbu Turxan)

Ağ lövhə təkcə Allah-a məxsusdur;
biz hamımız yazılmışların üzərində yazırıq. 

Allah qarşısında əyilmək bu dünyada əyilməzliyin təməl daşıdır. (Əbu Turxan)

Allah təkcə nizamlı dünyada deyil, xaosda, qaranlığın dərinliklərində də təzahür edir. (Əbu Turxan)

Allahdan qorxmayan bu dünyanın heybətlərindən qorxmağa məhkumdur. (Əbu Turxan)

Din dövlət və cəmiyyət üçün yox, insanlar üçündür.

Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarətdir.

Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır.

Eşq və din aşağı səviyyədə əks qütblər olsa da, ən yüksək məqamda hər ikisinin eyni bir mahiyyəti ifadə etdiyi ortaya çıxır.

Gözəlliyin kamil olması üçün daha ali bir element – ruhani element gərəkdir. 

Fəlsəfənin gücü – fikrin dərinliyində,
dinin gücü – fikrin sadəliyindədir. 

İman – ürəklərdəki oazisdir ki, ora təfəkkürün karvanı heç vaxt çata bilməz

Hər xeyirxah əməl göylərə aparan nərdivanın bir pilləsidir

İnsanın qəlbini göstərməz paltar,
Yazan özü bilər kağızda nə var. 

İnsan özünü bir şeyə tamamilə həsr etdikdə Allah da ona yardım edir. (İohann Volfqanq Göte)

Mənim biliklərim bədbin, inamım – nikbindir.

Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz. (Əbu Turxan)

Zirvədə – vəhy məqamında din elmlə birləşir. 

Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər.

1.5/5 - (2 votes)

Back to top button