Şeirlər

Səni sevirəm şeirləri

Səni sevirəm şeirlərinə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq sevgi haqqında mənalı 6 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣ Sevirəm ilk eşqim sevirəm səni (Naməlum)

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.


2️⃣ Mən səni sevirəm səndən xəbərsiz (Mehri Qəmli)

Hər yeri axtarır gözlərim səni,
Yaman darıxmışam səninçün gülüm.
Unutmaq olarmı məhəbbətini,
Gəl mənim həyatım, gəl mənim ömrüm,
Yaman darıxmışam səninçün gülüm.

Sənsiz istəmərəm gülü,gülzarı,
Heç tənha qoyarmı Lalə baharı,
Atarmı sevirsə,sevən bir yarı,
Axı sən olmusan hər şirin sözüm,
Yaman darıxmışam səninçün gülüm.

Sən yoxsan susubdu sinəmdə ürək,
Gəl gülüm duyğuyla sevib-sevilək,
Parlasın gözümdə saf arzu,dilək,
Gəl mənim həyatım,gəl mənim ömrüm,
Yaman darıxmışam səninçün gülüm.


3️⃣ Səni sevirəm… (Fidan Yusupova )

Səni nə gündüzlər, nə də gecələr,
Səni hər günümdə gözləyəcəyəm.
Səni nə payızda, nə də ki, yazda
Gələn hər fəsildə gözləyəcəyəm.

Səni nə qəlbimlə, nə də ruhumla,
Bütün varlığımla bil, sevəcəyəm.

Səni nə indi, nə də ölüncə,
Mən səni əbədi çox sevəcəyəm.

Səni nə unutdum, nə xatırladım,
Sən ki, daim mənim düşüncəmdəsən.
Səni nə axtardım, nə də ki, tapdım
Sən hər an mənim ürəyimdəsən.


4️⃣ Sevirəm mən səni (İlqar Fəhmi)

Sevirəm mən səni, şiddətli
yağışçün sevirəm..
Səni tufanlı soyuq şaxtalı qışçün
sevirəm.
Səni qarçün sevirəm.

Və baharçün sevirəm.
Sevirəm mən səni, şimşəklə
küləkçün sevirəm,
Səni sahildə donan çılğın ürəkçün
sevirəm.
Səni bizçün sevirəm.
Və dənizçün sevirəm.

Sevirəm mən səni, bir isti nəfəsçün
sevirəm,
Səni titrək, həyəcanla dolu səsçün
sevirəm.
Səni odçün sevirəm
Və buludçün sevirəm.

Sevirəm mən səni, bu dar
küçələrçün sevirəm
Səni tünd qəhvə ətirli gecələrçün
sevirəm.
Səni hər gün sevirəm.
Və şəhərçün sevirəm….

Sevirəm mən səni, bir səssiz
otaqçün sevirəm
Səni misraların altında varaqçün
sevirəm.
Səni sözçün sevirəm.
Təzə sözçün. sevirəm….


5️⃣ Səni sevirəm, adamim (Nübar Lətifli)

Hər fürsətdə məni özümdən alan, başqa aləmə aparan,
Gözlərimin içinə baxmağını sevirəm.
İstiliyinlə donmuş barmaqlarıma dolaşa-dolaşa
Əllərimi tutmağını,
Daraqmış kimi barmaqlarına keçirib
Tellərimi oxşamanı,
Qulağımda hiss etdiyimdə üşütmə kimi məni donduran
Ehtiraslı pıçıltılarını,
Hər toxunuşda səni fərqli hiss etdirən
Ağ dərini sevirəm,
Səni sevirəm, adamım…

Məni çəpərə salırmışca qısqanmağını,
Bəzən coşaraq, bəzən sakitcə
Mənə hirslənməyini sevirəm.
Gözlərinin içindən gülümsəyərək
Təbəssümünü hiss etdirən dodaqlarını sevirəm.
Daim yanımda dayanmasını arzuladığım
Məğrur, dik vücudunu sevirəm,
Böyük əllərini sevirəm,
Tutduğunda heç vaxt yıxılmayacağımı düşünürəm.

Sən mənim həyatımsan
Həyatımı sevirəm.
Məni mən edən özümü sevirəm.
Rahatca sarıldığım boynunu sevirəm
Söykənə biləcəyimə inandığımçun səni sevirəm.
Mənə çox az halda “səni sevirəm” deməyini sevirəm.
Səhər fərqli, axşam fərqli rəng alan
Bəzən qəzəbli, çoxu vaxt sevgi dolu gözlərini sevirəm.
Mənə sarılmağını, gülü qoxlayırmışcasına içinə çəkməyini sevirəm.

Məni duyğulandıranı, şair edəni sevirəm.
Səni sevirəm, adamım, səni sevirəm!


6️⃣ Hələ də sevirəm, sevirəm səni. (Nüsrət Kəsəmənli)

Günəşsən göylərdən enməyəcəksən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni.

Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.

Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.

Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni.

Oxşar yazılar:

Menali sevgi sozleri
Sevgi sözləri (2021) 
Darıxmağa Aid Şeirlər

2/5 - (1 vote)

Back to top button