Şeirlər

Xarı bülbül haqqında şeirlər

Xarı bülbül haqqında şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Şuşanın rəmzi olan Xarı bülbüldən bəhs edən gözəl 5 şeiri sizlər üçün bir araya topladıq.


1️⃣ “Vətən bağı” al-əlvandır (Ağabəyim ağa Cavanşir)

“Vətən bağı” al-əlvandır,
Yox içində xarı bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!


2️⃣ Xarıbülbül (Əyyub Türkay.)

Niyə çoxdur dəyəri,
Bildim xarıbülbülün.
Adını Şuşamızla
Bir çəkirlər bu gülün.

Artıq bu gül çevrilib
Qələbənin rəmzinə.
Sevilərək döşənib
Qarabağın düzünə.

Bir zaman düşmənlərə
Əsir düşmüşdü gülüm.
İndi azadlıqdadır,
Mənim xarıbülbülüm.


3️⃣ Xarı bülbül, sən azadlıq rəmzisən! (Ramiz Oğuz)

Xarı bülbül…
Tanrının möcüzəsi, Tanrıdan pay gələn gül,
Sevinc-kədərimizi bizimlə tən bölən gül.
Sənə olan eşqimiz soruşma ki, nədəndi?!
Sənin aşiqin bizik, bu eşq ilahidəndi.
Keçib oddan-alovdan əllərimiz yetən gül,
Alnımıza yazılan, köksümüzdə bitən gül.

Bu günüm-sabahımsan… keçmişimin yaddaşı,
Ləçəyinə düşən şeh sənsizliyin göz yaşı.
Qorudun illərilə yağıdan ismətini,
Şükür, Tanrı bəxş etdi azadlıq qismətini.
Xarı bülbül…
Səni sevməyən yağı bir gün özü xar oldu!
Eşitdi Tanrı bizi, Tanrı bizə yar oldu.
Adın düşdü dillərə, adın iftixar oldu.

Kimimiz həsrətinlə həyata vida dedik,
Durna qatarları tək indi köçüb gəlmişik.
Kimimiz qazi olduq savaşın yollarında,
Səndən ötrü nələrdən bilsən keçib gəlmişik?!
Kimimiz şəhid olduq, Vətən haqqı andımız,
Şəhidlik şərbətini, gülüm, içib gəlmişik!

Səninlə bir əridi könlümüzün qubarı,
Daha boynunu bükmə, açıl günəşə sarı.
Nəbz qəlbin əks-sədası, qəlbimizin nəbzisən.
Azadlıq halal haqqın, sən azadlıq rəmzisən!


4️⃣ Sevinc Arzulu (Sevinc Arzulu)

Dildə gəzir müsibətin,
Əfsanədir söz-söhbətin.
Sənin böyük məhəbbətin,
Əridər ağ qarı bülbül,
Xarı bülbül,xarı bülbül.

İgidsən döz arasında,
Atəşlə köz arasında,
Qaş ilə göz arasında,
İncitməyək yarı bülbül.
Xarı bülbül,xarı bülbül.

Parıldayar şeh qəfəsin,
Od püskürər od nəfəsin.
Tükənməzdir eşq həvəsin,
Birgə çalaq tarı bülbül.
Xarı bülbül,xarı bülbül.

Günlərini sanatmısan,
Azadlığa can atmısan.
Sən necə ki qanatmısan,
Gəl yaramı sarı bülbül,
Sarı bülbül,sarı bülbül.

Sevinc od alar közündən,
Kədər oxunar gözündən.
Şuşada Cıdır düzündən,
Biz qalxaq yuxarı bülbül,
Xarı bülbül, xarı bülbül.


5️⃣ Unutmadiq Xarı bülbül (Anonim)

Zaman keçdi yay oldu,
Yay keçdi yaz oldu.
İllər keçdi qış oldu,
Hardadı bu xarı bülbül?
O gözəl səsin ilə,
Gətirdin yazı bizə.
Bilirdik ki, gələcəksən,
Unutmadıq xarı bülbül.
Şuşanın neməti dən,
Bir sənsən xarı bülbül.
Zaman keçdikcə oxudun sən,
Unutmadıq xarı bülbül.
Şuşanın nağılını
Sən yazdın xarı bülbül.
O gözəl səsin ilə
Sən oxudun xarı bülbül.
Şuşanın dərmanı,
Sənsən xarı bülbül.
Gələcəyini bilirdik,
Unutmadıq xarı bülbül.


Oxşar yazılar:

Esgere Aid Sozler, Statuslar 
Darıxmağa Aid Şeirlər

2.5/5 - (2 votes)

Back to top button