Şeirlər

Qara Aid Şeirlər

Qar Şeiri ( Musa Yaqub)

“Ulduz tək üstümə səpələn, ey qar,
Geydirdin əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizlikdən isinmək olar.”



Qar Şeiri (Mirmehdi Seyidzadə)

Qarabax, qara
Gör necə yağır.
Çıxsan bayıra
Məni də çağır.

Qalın geyinək,
Həyətə çıxaq.
Qartopu yığaq.


Top-top oynayaq.Qar Şeiri (Mirvarid Dilbazi)

Qar örtdü bağça bağları,
Çiçəkli gülü dağları,
Qışın səfalı çağları
Yetişdi. Qəlbim oldu şən.

Səfalıdır bizim Vətən.
Nə xoş gəlib bu qış, bu qar
Qışın da başqa zövqü var.
Qar altda yatdı tarlalar

Düm ağ geyindi çöl, düzən.
Səfalıdır bizim Vətən.
Fərəhlidir bu eldə qış,
Baharda gur yağan yağış,

Açıb düm ağ örpəyi
A yurdumuz bəzən-bəzən,
İlin bütün fəsilləri
Səfalıdır bizim Vətən.


Qar Şeiri (Zahid Xəlil)


Qar yağıb çiçək – çiçək,
Qar yağıb lopa – lopa.
Qar geyinmiş təpələr
Bənzəyir bir ağ topa.
Atıb yaşıl kürkünü,
Ağ bürünüb ağaclar.
Baxırsan elə bil ki,
Qar gətirib ağaclar.
Hələ Muğana, Milə
Nə qədər qar düşübdür.
Deyirsən, bu düzlərə,
Ağ buludlar düşübdür.
Görün, necə parlayır
Qar dümağ ipək kimi.
Evlər qarın altından
Çıxıb göbələk kimi.

Qara Aid Şeirlər


Qar Yağir (Kənan Əkbərov)

Yenə qar yağdı boz dağa,
İlahidən bir neymətdir.
Bilnur düşdü baxça bağa,
Qar ruzudur, bərəkətdir.
Səpələnir dənə-dənə,
Düşür, budağ üsdə dənə,
Güc verir gücsüz bədənə,
Görənlər deyir cənnətdir.

Nəzər etdim sola-sağa,
hər tərəf bürünmüş ağa,
Həvəs artır yaşamağa,
Bu başqa məhəbbətdir.
Həzin-həzin, ara-ara,
Sulu qardan, dönür qara,
Təbiətdən insanlara,
Hədiyyədir, lətafətdir.

Bənzər yazılar:

Şaxta babaya aid şeirlər
Qara aid statuslar

Bu yazını dəyərləndir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button