Övlad haqqında statuslar
Övlad haqqında statuslar ilə onlara olan sevginizi bildirin. Bu həyatda qiymətli varlıq bizim uşaqlarımızdır. Doğru tərbiyə verilən hər bir övlad şəxsiyyət kimi formalaşaraq cəmiyyət, ailə və özü üçün yararlı olur. Ona görə də bacardığınız qədər uşaqlara sevgi verməyə çalışın ki, qarşılıqlı sevgi ala biləsiniz. Bunun üçün övlad haqqında statuslar paylaşa bilərsiniz.
İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır
Yaxşı örnək uşaq üçün ən yaxşı tərbiyədir.
Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır.
Atanın fəzilətləri, uşaqların sərvətidir.
Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir.
Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
Bir atanın uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların analarını sevməkdir.
Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq.
Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur.
Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.
Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər.
Qızın yaxşı bir ailə qurursa, bir oğul da qazanmısan, əks halda isə qızını da itirərsən.
Sənə nə eyləsə övladın, inan, Onu görəcəkdir öz övladından.
Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
Ata-ananın canı övlada bağlı olar.
Uşaq atadan yox anadan yetim qalar.
Qocadan demək, cavandan əmək.
Uşaq gördüyün götürər, eşitdiyini deyər.
Mənim üzümdəki gülüşümün səbəbi övladlarımdır.
Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. (Demokrit)
Kim ana qəlbinin telini qırar
Tanrının qəzəbi belini qırar.
Sənin arsızlığın-xəyanət ona,
Vüqarın, təmkinin dəyanət ona.
Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi övlad.
Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz
Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib. (Demokrit)
Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. (Mirzə Ələkbər Sabir)
Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər. (Növzər)
Ata olmaq asandır, atalıq etmək çətin.
Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur.
Ev kiçik bir mədəniyyət ocağıdır.
Dünya bir evdirsə, övlad işıqdır,
Oğul arxadırsa, qız yaraşıqdır.
Ərkəsöyün böyüyən oğul avara olar.