Nankorluq haqqinda statuslar
Nankorluq haqqinda statuslar qarşımıza çox çıxır. Nankor övlad, nankor valideyn, nankor dost və s. Hər bir insan yaxşı olmağı bacarmır. Mütləqdir ki, bizim də həyatımızda nankor insanlar olub və çox güman ki, olacaq. Siz də nankorluq haqqinda statuslar paylaşmaq istərdinizmi?
Nankor insanlara nə qədər yaxşılıq edirsən et layiq olduğun dəyəri görə bilməyəcəksən.
Bəslə qarğanı, oysun gözünü.
Mənfəət qutaranda nankorluq başlayar.
Ən böyük korluq-nankorluqdur.
Hava biraz soyuyanda kölgə verən ağacı unudarsan.
Hamının işinə yaradığın müddətcə yaxşısan bu dünyada.
Kimə ox atmağı öyrətsəniz bur gün sizi nişan alar.
Ən alçaq insan ona edilən yaxşılığa qarşı nankorluq edəndir.
Nankorlar hərşeyə qiymət ölçər, amma heçbir şeyin dəyərini bilməzlər.
Allah heçkimi yanlışın tərəfində duracaq qədər cahil, doğrunu inkar edəcək qədər nankor etməsin.
İnsan o qədər nankordur ki Yaradanı unutduğu halda yaradılanı unutmaması mümkün deyil.
İnsan çata bilmədiyi hərşeyin dəlisi, əldə etdiyi hərşeyin nankorudur.
Etdiyim heçbir şeyin qarşılığını gözləmirəm. Nankorluq etməyin bəsimdir.
İnsanlara daima yaxşılıq edərsən bunun sənin vəzifən olduğunu zənnedərlər.
Nankorluq insanın xəstəliyidir.
Çox şey gözləməyin həyatdan: Həyat qısa, xəyallar ağır, insanlar nankor.
İnsanlar onlar üçün nə etdiyinizi anlamazlar. Ta ki siz etməyi dayandırana qədər.
Edilən yaxşılığa qarşılıq verməmək nankorluq, pislik etməklə qarşılıq vermək isə alçaqlıqdır.
İnsanlara onları sizə nankorluq etməyə məcbur qoyacaq qədər böyük yaxşılıqlar etməyin.
Hər şeydə pislik axtarmağı insana nankorlar öyrədir.
Ürək nankordusa əgər gözün görməyinin faydası yoxdur.
Nankor insan hərşeyin qiymətini bilib heçbirşeyin dəyərini bilməz.
Həyatımda bəzi insanlara həddindən artıq yaxşılıq etdim. Peşmanam…
Azdır o kəslər ki sənə görə həqiqətən şaddır.
Xarakterləri mənfəəti üstündə qurulan insanlar nankordur.
Bəzi haqqlar halal edilməz nankorlara.
Bəsləyib böyütdük dananı, indi tanımır ananı.
Az insan tanı, çoxunu sev amma heç birinə güvənmə.
Nankor insanlar sayəsində təkliyi sevdik.
Mən saflığıma əsəbləşdim, bəziləri şeytanlığından utanmadı.