Şeirlər

Mənalı qısa şeirlər

Mənalı qısa şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. statuslar.az olaraq bir-birindən mənalı 6 şeiri sizlər üçün bir araya topladıq.

Ana-Ata

Ata – evin dirəyi
Ana – evin mələyi
Ata – evin işığı
Ana – ev yaraşığı
Ata – qolum qüvvətim
Ana – ilk məhəbbətim
Ata – canım, qanımdı
Ana da Sol Yanımdı

Yaxşı bilirəm ki, mükafatımsan…(Anna Axmatova)

Yaxşı bilirəm ki, mükafatımsan,
Dözmüşəm illərin sərt cəfasına.
Əcrimsən, göylərdən mənə çatmısan,
Bir əvəz olaraq Yer səfasına.

Çünki söyləmədim öz sevdiyimə
“sevirəm” sözünü mən bilə-bilə.
Hamıya halallıq vermişəm deyə
mələyim olarsan sən indən belə.

Mənim yolum (Məmməd Araz)

Bir yolun yolçusuyam,
Sürət də gərək, təmkin də.
Mən şad da olmalıyam,
Əsəbi də, qəmgin də.
Gedən çox, yol uzundur,
Səs də çox, iz də çoxdur.
Bir-birinə bənzəyən
Nəğmə də, söz də çoxdur.
O gur səslər içində
Səsimi tapmalıyam.
Yerimi, yerişimi,
İzimi tapmalıyam.
Özümü axtarmalı,
Özümü tapmalıyam…

Sevirəm (Mikayıl Müşfiq)

Sevirəm
Bənövşə tək
Boynun bükərək
O məhzun duruşlarını.

Sevirəm
Mənimlə göz-gözə gələndə
Şimşək baxışların vuruşlarını.
Sevirəm
Kirpik çala-çala
Məni süzərək
Bir mahir ovçudan qorxmuş, ürkərək
O ceyran ədalı baxışlarını.

Kitab (Süleyman Rüstəm)

Hər evin yaxşı kitabdır bəzəyi
Döyünür onda həyatın ürəyi,
Onun hər kəlməsi ölkəmdə işıq mənbəyidir
Bir əməl mənbəyidir, bir yaraşıq mənbəyidir.
Bənzəyir hər sözü hər gün uzanan dost əlinə
Deyir insana qarış, gəl bu həyatın selinə,
Min işıq yansa da hər evdə işıqlanmaz otaq,
Yanmasa məncə beyinlərdə, ürəklərdə çıraq.

Dünya mənə taniş gəlir (Ramiz Rövşən)

Gedirəm, izim böyüyür,
Susuram, sözüm böyüyür,
Baxıram, gözüm böyüyür,
Dünya mənə tanış gəlir.
Bunun dağı-daşı tanış,
Bunun yayı-qışı tanış,
Gözlərimin yaşı tanış,
Dünya mənə tanış gəlir.
Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi –
Dünya mənə tanış gəlir.

Müəllim şeiri (Bəxtiyar Vahabzadə)

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.

Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.

Sülh
Göyərçinik biz,
Sülhdür adımız.
Göyə uçmağa,
Var qanadımız!

Sülhdür nəğməmiz,
Körpə quşuq biz.
Sülhü dünyaya,
Bağışlarıq biz!

Qəlbimiz gülşən,
Günlərimiz şən.
Bizi bəxtəvər,
Yaşadır Vətən!!!

ANADIR (Cavid Bədəlov)

Laylası cahana yayılan səsdir,
Ömrümün baharı,yayı anadır
Anasız yaşamaq boşdur, əbəsdir,
Tanrının ən doğma payı anadır.
Evlərə həm güldür,həm də çiçəkdir,
Övlada atatək dayaq,köməkdir,
Duası bizlərə ümid deməkdir,
Hər işin imdadı,hayı anadır.
Başının tacıdır,namus,isməti,

Dağlara söykənir,onun qeyrəti,
Bütün el-obada vardır,hörməti,
Sevincin bənzəri,tayı anadır.

Darıxmağa Aid Şeirlər
Qisa statuslar, Qısa Sözlər

2.3/5 - (6 votes)

Back to top button