Həsrət şeirləri
Həsrət şeirlərinə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq həsrətlə bağlı təsrili 7 şeiri sizlər üçün bir araya topladıq.
1️⃣ Həsrət məni sevir (Yetim Qacar)
Ömrünü gününü mənə pay verib,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Səsimə hamıdan öncə hay verib
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Gəlibdir ömrümə mələk donunda,
Tanişlıq veribdir sənin yanında,
Vüsal olmalıykən eşqin sonunda
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Gecə uzanıram yatagımda o,
Səhər oyanıram otagımda o
Küçəyə çıxıram qabağımda o,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Heç aşiq məşuqu sevməyib belə,
Səadət gəzirik verib əl-ələ.
Dünya belə sevgi görməyib hələ,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
2️⃣ Uzaqdan bir şeir…( Kəmalə Abıyeva)
Dedin “sevgi, həsrət” ötüb keçəcək,
Onsuz da sən məni unudacaqsan.
Bilmədin bir az da kövrəkləşərək
Sən hər gün ömrümə qayıdacaqsan.
Bilmədin gözümüz bir az suallı,
Bir az da məlallı, peşiman olar.
Bilmədin ömrümüz bir az xəyallı,
Bir az sabahından nigaran qalar.
“Həyat xatirədir”dedin onsuz da,
“Nə olar yadına düşsəm hərdənbir.
Hər gün bir iz salır yaddaşımızda,
Bu gün də sabaha bir xatirədir. ”
3️⃣ Bir günün həsrəti (Naməlum)
Bir gündə üzünü görmədən keçdi,
Mən nələr yaşadım bu bircə gündə
Bir gündə səsini duymadan keçdi,
Sükutla savaşdım bu bircə gündə.
Həsrətin hökm etdi gözlərim doldu,
Ürəyim gül kimi saraldı soldu
Sənsiz bu bircə gün bir ömür oldu,
Ölüm yaxınlaşdı bu bircə gündə.
4️⃣ Məktub (Naməlum)
Yenə əlimdə qələm sənə məktub yazıram,
Bu məktubla birazca həsrət daş basıram
Hardan sözə başlasam düzü tapa bilmirəm,
Bütün məktublar kimi əvvəl salam verirəm
Necəsən?neyləyirsən? yaxşısanmı görəsən?!
Sənsiz mənim ürəyim nələr çəkir bir bilsən.
Ancaq əsas yaxşı ol,sən özünə yaxşı bax
Vaxtın olsa özündən yazib tez göndərərsən.
Məndən isə nəyazım,sənsizlik çox çətindir
Məni ayaqda tutan sənşn məhəbbətindir.
Hər günümü sayaraq həsrətlə gözləyirəm,
Bəzən üsyan edərək həsrətə dözməyirəm
Sevdiyimə görəsən soyuqdurmu deyərək ,
üşüyürəm gecələr
Birdən ac olar deyə boğazımdan keçməyir
udqunduğum tikələr,
Yenə önümdə rəsmin yenədə xatirələr,
Yenəgözlərim dolur düyümlənir cümlələr,
Qalın geyin,yaxşı ye, kefinidə kök saxla
İnanki bu həsrətdə bitəcək qısa vaxta,
Bircq bunu unutma inanki çox sevirəm
Yaşadığım hər dəqiqə tək səni düşünürəm,
Davam edə bilmirəm göz yaşlarım qoymayır,
Yolunu gözləyirəm inan sənsiz olmayır.
5️⃣ Gecələr (Şirin Xanım Kərimbəyli Şadiman)
Ağladır zülmət için sevgiyə həsrət gecələr,
Edir könlüm yenə də qəm ilə niyyət gecələr.
Sevdirir eşqə canı, qaçmayır ondan uzağa,
Salır ruhla savaşı hissimə izzət gecələr.
Ay doğur, qaranlığı qərq edir nura sübhədək,
Mən də bu məhəbbətə, edirəm heyrət gecələr.
Yummuram gözlərimi, gözləyirəm Dan ulduzun,
Tutub dilə onu mən eyləyim söhbət gecələr.
Eşqimi bağlamışam kainat içrə sirrə mən,
Sıxmasın ürəyimi yerdəki illət gecələr.
Hər günün ağrısını sinəmə yük eyləyirəm,
Bu yükü daşıyram ruhuma zillət gecələr.
Şirinə verdi qəmi hislərə vurğun bu təbi,
Edəlim hər sözümü cümlə-hekayət gecələr.
6️⃣ Bəri bax (Molla Pənah Vaqif)
Ala gözlü, sərvi boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax.
Gecə-gündüz fikrim, zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
Kim dözər mənim tək belə firqətə,
Rəncü-məşəqqətə, bari-möhnətə?
Haçandır düşmüşəm tari-zülmətə,
Çəkilsin üstümdən duman, bəri bax!
Payibəndəm qəmi-eşqə giriftar,
Hicran həsrətindən can oldu bimar.
Razi-dilim edə bilməm aşikar,
Çəkərəm dərdini pünhan, bəri bax!
Günbəgün könlümün artır qubarı
Pərişandır, tapmaz o qəmküsarı.
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax!
Çox çəkər hicrini Vaqifi-xəstə,
Leylü-nahar, şamü-səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax!
7️⃣ Gizli sevgi ( Fikrət Qoca)
Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.
Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.
Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.
Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.
Oxşar yazılar:
Darıxmağa Aid Şeirlər
Təsirli Duyğusal Şeirlər