Maraqli Statuslar

Prikol statuslar

Prikol statuslar oxucular tərəfindən dah çox tələb görür deyə bilərik. Demək olar ki, hər birimizin həyatında daim zarafatları ilə kefimizi açan dostlarımız vardır. Artıq bu adətlər sosial şəbəkələrdə də özünü göstərir. Status.az-da çox sayda prikol statuslar görə bilərsiniz. Bu statusları sosial şəbəkənizdə, whatsapp, teleqram kimi tətbiqlərdə paylaşaraq ətrafınızdakı insanların üzündə təbəssüm yaratmağınız mümkündür.

Yenə qış gələcək.

Yenə qar yağacaq.

Qardan adam olacaq.

Səndən adam olmuyacaq.

loading...

Gecə yatağıma 4 dənə yastıq düzdüm. Üstünə də adyal çəkdim. Özüm isə başqa yataqda yatdım. Ağcaqanadlar səhərə kimi məni axtarıblar.

Arvad: Mən ölürəm

Kişi: Mən də.

Arvad: Sən niyə?

Kişi: Bu boyda xoşbəxtliyə ürək tab gətirməz.

Ağcaqanadı öldürməmək üçün pəncərəni açdım ki, çıxıb getsin. Şərəfsiz bütün nəslini gətirdi üstümə.

Həyatda bitməyən bir şey varsa, o da ev işidir.

Sevgilim gözəl olsun deyə boşqabı o qədər yalamışdım ki, axırda boşqabın rəngi getmişdi.

Qalx ayağa Azərbaycan! Divanın altını silirəm.

Yuxuda bir dost məndən 500 manat borc istədi. Verməmək üçün yuxudan oyandım.

Bir qızın çantasından çıxanlar ilə meşədə 1 ay yaşamaq olar.

Qızın biri sevgilisi üçün darxımağı barədə o qədər status paylaşıb ki, həmin qaqaş üçün artıq mən də darıxıram.

Qaqaş o qız xınayaxdıda o biri əlinə əlifba sırasını düzmüşdü, amma yenə də sən bilərsən.

Səhərlər özümü zaryadkası dolmadan çıxarılan telefon kimi hiss edirəm.

Tələbəyə yaşayış yoxdu. Univeristetə girmək üçün imtahan, universitetdə hər ay imtahan, semestr imtahanı, unini bitirəndə imtahan.

Bu axşamım da çox maraqlı keçir. Elə bu dəqiqə kreslodan divana tullandım. Birazdan da xalçanın üstündəki naxışları sayacam. Vauu əyləncəyə gəl.

Dini verliş verilən kanalı çevirəndə özümü günaha batmış kimi hiss edirəm.

Rayonlarda qohum evinə çatan kimi verilən ilk sual: “Bakı yaxşıdır, ya bura?”

Nigah şahidi olub “Yox” demək ən böyük xəyalımdır.

Bu gün iki saat internet kəsildi. Evdəkilərlə güldük danışdıq. Yaxşı insanlar imiş.

Madam ki, sevgililər gününü tənha keçirənlər çoxdur, o zaman tənhalar günü də olmalıdır. Bu ədalətsizliyə dünya birliyi hələ də dözür.

Bir qadına “çox gözəlsən” de, 5 dəqiqə sonra unudar. Amma bir qadına “bu geyim səni kök göstərir” desən, 50 il keçər, ölərsən, məzarına gələr, ağlayar və gedəndə də “mən kök deyiləm” deyib gedər.

Heç olmasa mənə gül alardın.

-Niyə ki? Sən ki, hələ də sağsan.

Yaxşı ki, arada internet gedir çay içirik Yoxsa, bədənimzdəki su da quruyar.

Bir qız ata sözü deyər ki; Mən dedikdən sonra etməyin mənası yoxdur.

Camaatın uşağı elədir, camaatın uşağı belərdir deyə deyə ömrümüzü yedilər. Bilmirəm bu camaatın uşağı kimdir? Əlimə düşməsin…!

-Cavan oğlan bura bankdır, çılpaq gəzmək olmaz!

-Bilirəm. Krediti ödədim gedirəm.

-Ə oğluvun adını nə qoydun?

-Bərəkət.

-Niyə?

-Dava olanda tapdalamasınlar.

İmtahanı çıxardanı görüm o dünyadakı imtahandan keçə bilməsin elə.

-Görüşə gələndə sizi necə tanıyacam?

+O ki, deyəcəksiniz e; “Ay Allah nolar bu olmasın”. Bax həmin adam mənəm.

Rus və türk dillərində danışan azərbaycanlı qızların sayəsində yeni söz ərsəyə gəlib. “Nerviləniyorum”.

Oğlanlar 2 yerə bölünür.

1.Futbola baxanlar.

2.Kara sevdaya baxanlar.

Əziz və hörmətli kişilər, qadınları başa düşməyə çalışmayın. Çünki bu mümkün deyil. Onlar başı ilə bədənlərini ayrı-ayrı vaxtlarda yuyurlar. Hətta bəziləri çolkasını da ayrı yuyur.

Bu gün köhnə sevgilimə zəng etdim telefonu açdı. Bəs mənim qarğışlarım hara gedir?

Bu yazını dəyərləndir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close