Gülməli Statuslar

Molla Nesreddin letifeler

Molla Nesreddin letifeler dünyasının ən sevilən xarakteridir. Onun ən yaxşı və maraqlı lətifələrini buradan oxuya bilərsiniz. Ən maraqlı və çox oxunan Molla Nəsrəddin lətifələri burada qeyd edilmişdir.

1) YA EŞŞƏK ÖLƏR, YA XAN

Bir gün xana bir eşşək bağışlayırlar. Xan Molla Nəsrəddini yanına çağırıb deyir:
─ Molla, bu eşşəyi mən neyləyim?
Yoxsullaşmış Molla xanın bu sualından bir işıq yolu hiss edib tez cavab verir:
Xan sağ olsun, bu eşşək çox ağıllı heyvana oxşayır. Əgər onu mənə versəniz, mən ona danışmaq öyrədərəm.
Mollanın sözündən maraqlanan xan deyir:
─ Yaxşı, verərəm. Şərtini de görüm.
─ Şərti bir az ağırdır. Bu iş çox zəhmətlidir. Gərək mənə beş il möhlət verəsən və min qızıl da pul.

Xan Mollanın şərti ilə razılaşır, Molla da pulu alıb, eşşəyin noxtasından darta-darta evinə gətirir. Mollanın arvadı bunu görüb soruşur:
─ Ay Molla, bu nədir, xeyir ola?
─ Heç səsini çıxartma, arvad, bu pulları xərclə, görək başımıza nə gəlir, ─ deyib əhvalatı arvadına danışır.
─ Ay Molla, yəqin sənin başına hava gəlib… Eşşək də danışarmı?…
─ Əlbəttə, eşşək danışmaz.
─ Bəs indi ki, danışmaz, niyə boynuna götürübsən?
─ Necə yəni niyə? Zarafat deyil, gör nə qədər pul almışam.
─ Yaxşı, bəs beş ildən sonra vədə tamam olanda xana nə cavab verəcəksən?

Molla bir az fikirləşib deyir:
─ Heç fikir eləmə, arvad! Bu pulları götür, bol-bol xərclə, vaxt başa gələnə qədər ya eşşək ölər, ya da ki, xan.

2) CÜCƏLİ TOYUQ

Şəhər mollaları Molla Nəsrəddinin əlindən təngə gəlib axırda şəhər hakiminə şikayət edirlər. İşi belə görən Molla birbaş hakimin vəkilinin yanına gedir, ona yanı cücəli bir toyuq aparır ki, vəkil onu müdafiə etsin.

Ertəsi günü şikayət edən mollalar və Molla Nəsrəddin hakimin hüzurunda hazır olurlar. Şikayətçilər danışıb qurtarandan sonra vəkil, Molla Nəsrəddini tərifləyir və onun haqlı olduğunu, o biri mollaların ona böhtan atdıqlarını söyləyir. Bu tərifdən sonra hakim üzünü Molla Nəsrəddinə tutub deyir:
─ Yaxşı, de görüm öz günahsızlığını nə ilə sübut edə bilərsən?

Molla bu cür cavab verir:
─ Hakim sağ olsun, mənim sübutuma ehtiyac yoxdur, onsuz da cücəli toyuq mənim haqlı olduğumu sizə sübut elədi.

3) SƏN GÜNDƏ GƏLİRSƏN

Bir gün Mollanın bir nəfərlə sözü çəp gəlir. Onu tutub şəhər valisinin yanına aparırlar. Təsadüfən bir neçə gün ondan qabaq da bir məsələ üstündə Mollanı valinin yanına aparıbmışlar.

Vali Mollanı görcək deyir:
─ Molla, heç sənə ayıb deyilmi ki, bununla ikinci dəfədir səni bu divanxanaya gətirirlər?
─ Cənab vali, bu divanxanaya gələndə nə olar ki?
─ Necə yəni nə olar? Sən hələ indiyə kimi bilmirsən ki, buraya düz adam gəlməz.
─ Cənab vali, mən ömrümdə bu divanxanaya iki dəfə gəlmişəm. Sən özün ki, gündə səhərdən axşama qədər burada olursan. İndi sən özün fikirləş, düz adam olmayan sənsən, ya mən?

4) ACINDAN ÖLƏR

Bir gün Molla Nəsrəddin kəndin kənarında bir cütçü ilə söhbət edərkən xan onların yanından keçir. Mollaya ağızucu salam verir, cütçünün heç üzünə də baxmır. Bunu görən Molla xana yaxınlaşıb deyir:

─ Xan sağ olsun, bir sualım var, icazə ver soruşum.
─ Soruş görək, Molla!
─ Sən o cütçüyə niyə salam vermədin?
─ Niyə gərək mən ona salam verəydim? O, mənə salam versin.
─ Yox, xan, sən gərək ona salam verəydin.
─ Səbəb?
─ Çünki o cütçüdür.
─ Nə olsun? O cütçüdür, mən də xanam. Xan böyükdür, ya cütçü?
─ Əlbəttə cütçü.
─ Niyə?
─ Çünki cütçü taxıl verməsə, sənin kimi xanlar acından ölər.

5) İŞİMİ EHTİYATLI TUTMUŞAM

Çox zalım və qəzəbli olan xan bir gün şəhər hakiminin işlərini yoxlatdırır. Camaatdan az vergi yığıldığına və yığılan vergilərin dəftərə düzgün salınmadığına görə hirslənib bütün vergi dəftərlərini hakimə yedirtdirir. Hakim vəzifədən çıxarılıb zindana atıldıqdan sonra xan Molla Nəsrəddini şəhərə vergi məmuru təyin edir.

Bir neçə vaxtdan sonra xan Mollanın da işlərini yoxlamaq istəyir və dəftər-kitabı götürüb yanına gəlməsini ona əmr edir. Molla xanın buyuruğuna itaət edib onun yanına gəlir. Xan görür ki, Molla bütün haqq-hesabı parça-parça çörəklərdən qayrılmış bir dəftərə yazıb. Bunu görən xan hirslənib soruşur:

─ Məmləkətdə kağız tapılmırmı? Bu nədir?

6)

Bir gün molla Nəsrəddin gədib qonşudan qazan alir. Ve 1-2 gün sonra qazanın içinə balaca bir qazanda qoyub qonşusuna qaytarır. Qonşu deyir: – Ay molla mən sənə 1 qazan vermişdim. Bu balaca qazan nədi belə?
Molla deyir: – ay qonşu gözün aydın qazanın balalıyıb. Qonşuda sevinə sevinə qazanın 2 sində qoyur evə. Bir müddət sonra molla yene gəlir qonşudan həmin böyük qazanı isdiyir. 2 gün olur… 5 gun olur… 2 hefte olur.. 5 hefte olur… neyseki molla qazani qonsuya qaytarmir. qonsuda bezir ve gedir mollanin evine:- Ay molla gor nece vaxti qazani aparmisan. niye qaytarmirsan??? Molla deyir:- Ay qonsu qazanin ölub. Qonsu:- Molla delisen??? qazanda öler hec.?????? Molla:- Puaaahh bes qazan balaliya bilir öle bilmir…..

7)

Günlərin birində, Molla bərk azarlayır. Qonum-qonşu, qohum-qardaş, eşidən-bilən, tanış-biliş, oğul-uşaq yıgışıb gəlirlər Mollanı yoxlamağa. Ev dolur adamla. Bəli, hərə bir tərəfdə əyləşir. Di o yandan, bu yandan söhbət başlanır. Çənələr o qədər qızışır ki, Molla tamam yaddan çıxır. Axırda Molla yorğan-döşəkdən qalxıb əyləşir, hıqqıldaya-hıqqıldaya deyir:
— Başınıza dönüm, daha mən sağaldım. Durun gedin evinizə, inşallah, ikinci dəfə azarlayanda gəlib söhbətinizin dalını davam elətdirərsiniz.

8)

Günlərin birində Fərzəli bəy adlı bir nəfər Mollanın yanına gəlib deyir:-Molla mən özümə bir möhür düzəltməz istəyirəm. Mənim üçün iki misradan ibarət elə bir şeir yaz ki orada mənim həm adım olsun həm şan-şərəfimdən olsun həm də nişanələrimdən biri olsun. Yazdıracağam möhürün üstünə.Molla baxıb görür ki bu adamın gözləri göydür saqqalı sarıdır adı da ki Fərzəli bəydir. Bir az fikirləşib yazır: Gözü göy saqqalı sarı özü səyEşşəyin dal ayağı Fərzəli bəy.

9)

Molla bir məclisdə ağzına bir parça saqqız alıb çeynəyirmiş. Ortalığa çörək gələndə saqqızı çıxardıb yapışdırır burnunun ucuna. Soruşurlar:Molla bu nədi? Saqqızı niyə burnuna yapışdırırsan?Molla cavab verir ki:Kişinin malı gözünün qabağında olmalıdır.

10)

Molla bir gün yol ilə gedirmiş qarşısına bir quyu çıxır. Ətəklərini yığışdırıb tullanır ancaq o tərəfinə düşə bilməyib ortasına düşür. Öz-özünə deyir:Ax cavanlıq cavanlıq!.. Olaydı cavanlıq…Sonra bir o tərəfə  bir bu tərəfə baxıb görür ki heç həs yoxdu deyir:Amma öz aramızdı heç cavanlıqda da bir zibil deyildim.

Ən yaxşı seçilmış Molla Nəsrəddin Lətifələri

Bizim qədim adət ənənələrmizdən və həmişə böyüklər tərəfindan misal çəkilən ibrazamiz lətifələr. Bunlar bizim üçün həm də qalıcı yadigarlardır.

11)

Gecə yarısı Molla çıxıb küçələri axrarmaya başlayır. Qarovulçu gəlib onu tutur ki:Gecənin bu vaxtı buralarda nə axtarırsan? Molla deyir:Yuxum qaçıb onu axtarıram.

12) Qatır

Molla Nəsrəddin bir gün qatıra minibmiş.
Heyvan olduqca sürətli gedirmiş.
Molla da onu tuta bilmir, dayandıra bilmirmiş.
Bunu görən bir qonşusu soruşubmuş:
-Molla, deyib, belə tələsik-tələsik hara nə yana?
Molla güc bəla səslənib:
-Qatır haraya gedərsə o yana…

13) Paxlava

Molla axşam evə doğru gedərkən paxlava sevən bir kəndçi ilə qarşılaşır.
-Molla, qısa bir zaman öncə bir adam böyük bir nimçə paxlava yeyirdi.
-Məni maraqlandırmır!
-Ama adam nimçəni sizin evdə yeyirdi.
-O zaman səni maraqlandırmır!

14) Cənnət

Bir gün padşah Molla Nəsrəddin`dən soruşub:
-Molla, mən öləndə cənnətə gedəcəm yoxsa cəhənnəmə, de görüm? deyib.
Molla padşaha qorxmadan:
-Cəhənnəmə gedərsiniz padşahım, deyib.
Padşahın əsəbdən saqqalları titrəyib.
Bu vəziyyəti görən Molla:
-Əsəbləşməyin padşahım mən əslində sizə cənnətə gedərsiniz deyəcəkdim ama sizin cəlladlarıızın qılınçlarıyla ölən günahsız insanlardan cənnət dolub daşır.
Buna görə cənnətə yerləşməzsiz deyə cəhənnəmə gedərsiniz dedim, deyib.

15) Mollanın qaynanası

Molla Nəsrəddinin qaynanası paltar yuyarkən çaya düşüb, sulara batıb, itib gedib.
Qəsəbə xalqı yığışıb axtarmağa çalışıblar qadını.
Molla da axtarmaqda, ama hər kəs kimi çayın axdığı tərəfə deyil də gəldiyi tərəfə doğru gedərək…
Görənlərdən biri çaşıb qalıb bu işə və səslənib Molla`ya:
-Molla sən tərs tərəfə gedirsən!
Başını adamdan tərəfə çevirən Molla bu qarşılığı verib:
-Sən mənim qaynanamı tanımazsan qardaş.
Dünyanın ən tərs qadınıydı o.
Mütləq cəsədi də tərs tərəfə getmişdir…

4.4/5 - (19 votes)

Back to top button