Şeirlər

Mənalı Sevgi Şeirləri

Mənalı Sevgi şeirlərinə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq sevgi haqqında bir-birindən mənalı 9 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣ Eşq! (Maga Kərimli)

Gecə xəyalıyla yatıb hər səhər
Görmək ümüdüylə oyanmaqdı eşq.
Həyata baxmaqdı nağıllar kimi
Min bir möcüzəyə inanmaqdı eşq


Onu hər görəndə dolaşdıqca dil
Susur o danışsa dünya elə bil
Nə sarılmaq deyil, nə öpmək deyil
Əlini tutmağa utanmaqdı eşq


Hər şeydə biraz o, düşünür adam
Havada ayrı tam, suda ayrı tam
Həyat gözlərində dəyişir tamam
Elə bil yenidən yaranmaqdı eşq


Ovcunun içinə həyat yerləşir
Sıxırsan buludu, ayı, günəşi
Yerdə nə baş verir? nəbilim əşi
Göylərin üstündə dolanmaqdı eşq


O qədər yıxılıb qaçan, tələsən
Yerində bərk dayan, deyim biləsən
Hər şey məhv olacaq biraz büdrəsən
İncə ip üstündə dayanmaqdı eşq.
Şirin nağıllara inanmaqdı eşq…


2️⃣ “Darıxdığımdan” (Elgün Dəniz.)

Sev məni həsrət dolu gözlərinlə,
Sevməyi öyrət mənə sözlərinə,
Bağlı qalan yolları öz əlinlə,

Aç dübarə gəlim darıxdığımdan..

Məlhəmim ol könlümü gəl ovuşdur,
Tənha keçən günlərinlə sovuşdur,
Sən məni sənsizliyinlə qovuşdur,

Qədrini mən bilim darıxdığımdan..

Zülmətə qərq olub gündüzüm qayıt,
İntizarda qalmasın gözüm qayıt,
Bitməyibdi söhbətim sözüm qayıt,

Lal olmasın dilim darıxdığımdan..

Xatirələrnən dolu keçmişim var,
Alışmışam közüm var atəşim var,
Sırf səni sevmək kimi vərdişim var,
Tərgidim ya ölüm darıxdığımdan?


3️⃣ Biz niyə sevməyək bir-birimizi (Zəlimxan YAQUB)

Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?

Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?

Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?

Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?

Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?

Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?

Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?

Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?

Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?

Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?

Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?

Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?

Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?

Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?


4️⃣ Sevgi Qovuşmaq Deyil (Roma Xosrov)

Sevgi,
yaxınlıq deyil,
Yaxın-yaxın uzaqlıqdı.
Sevgi,
qovuşmaq deyil,
Qovuşmadan ayrılıqdı.
Gecələri sevmək
Səhərə darıxmaqdı sevgi.
Yeyə-yeyə,
içə-içə,
Sınıxmaqdı sevgi.
Sevgi,
günah işlətmədən tutulmaq,
Cəzası,
bir ömür çəkilən cinayətdir.
Sevgi azadlıqda
məhkum olmaq,
Sevgi dünyaya gəlməkçün siyasətdir.
Sevgi təkliyə sığınmaqdı,
Sevgi,
vaxtı uduzmaqdı.
Sevgi,
yalnılığa üsyandı
Sevgi sükutu pozmaqdı.
Sevgi,
kiçik adamları-
Şəkillərdə böyütməkdir.
Sevgi,
böyük ürəkləri,
Bağlı qapı arxasında çürütməkdir.
Alnında yeri boş qalan adı
Ürəyə yazmaqdı sevgi.
Tanımadığın yerdə,
dünya qurmaq,
Tanıdığın küçədə azmaqdı sevgi.
Özünü itirərkən,
hər şeyi,
tapmaqdı sevgi.
Birini düşünərkən-
Hamını,
unutmaqdı sevgi…


5️⃣ Eşq şeiri (Tural Atəş)

Eşq idimi göbək adın?
Qırıldımı daş inadin?
Sevgisi kor mərmi qadın,
Nə tez dəlib keçdin məni.

Sevgini dadam içində,
İçinə yadam içində?
Bu qədər adam içində
Nə ağılla seçdin məni?


Söz açdın sözümü dedim,
Yol açdın qəlbinə gəldim,
Otuz illik şərab idim,
Bir nəfəsə içdin məni.

Biraz birindən qalanam,
Biraz saxtayam, yalanam,
Mən sevgidən yarananam,
Nə tez gəlib keçdin məni?,.

6️⃣ Sev məni…( Rəvan Məmmədli)

Əllərimiz qovuşmasa qəm yemə,
Toxunmadan, sarılmadan sev məni..
Ağrısına, acısına “uf” demə,
Ömür boyu yorulmadan sev məni..
Gecə-gündüz xəyalımdan gəlib keç
İlhamımı səndən alım həmişə
Üzümü də bircə kərə görmə heç,
Yaddaşında cavan qalım həmişə
Qismətinin acığına gül-danış
Dözməlisən ən dözülməz dərdə sən
Elə bil ki, nağılıydı son görüş
Xəfif külək, narın yağış, bir də sən
Gülüm, sənə məhəbbətim sonsuzdur
Səndən sonra duyğularım dil açmır
Göz yaşını axıtma heç onsuz da
Məhəbbətin vurduğu yer gül açmır
Sazaqlı ol, şaxtalı ol qış kimi
Buz qəlbini əridəndə od əllər
Örpəy edib bağlayarsan eşqimi
Saçlarına toxunanda yad əllər
Bəxtimizlə barışmarıq, əzizim
Xatirələr qanad çalıb uçmasa
İnnən belə qovuşmarıq, əzizim
Payız vaxtı bənövşələr açmasa
Əllərimiz qovuşmasa qəm yemə
Toxunmadan, sarılmadan sev məni
Ağrısına, acısına “uf” demə
Ömür boyu yorulmadan sev məni.


7️⃣Qayıt (Nüsrət Kəsəmənli)

Sən getdin ömrümdən ilk bahar kimi.
Çiçəklər çəmənə çıxanda qayıt!
Həsrətin leysanı tükənməz daha,
Buludlar gözünü sıxanda qayıt,

Bir sevgi görmədim qəmsiz, cəfasız,
Hicranın ağırdı, dərdin dəvasız,
Bilmədin qədrimi, sən ay vəfasiz,
Həsrətin sonuma çıxanda qayıt!

Boylandım arxanca mən sözlü-sözlü,
Gah aşkar ağladım, gah da ki gizli,
Yerini boş görüb, bir mələküzlü
Sevgiylə üzümə baxanda qayıt!

Uyma, hər nadannın sözünə, uyma,
Apar ürəyimi kəs qıyma-qıyma.
Məni yurdsuz qoyma, yuvasız qoyma,
Ayrılıq evimi yıxanda qayıt.

Adım ki, adınla qoşadır sənin,
Bilməzdim ürəyin daşdandır sənin,
Hələ ki, ümidlər yaşadır məni,
Tənhalıq qəlbimi sıxanda qayıt.


8️⃣ Qarşılıqsız Sevgi

Sən məni heç zaman başa düşmədin.
Bilmədin mən sənə doğmayam,yadam.
Bir dəfə dərindən fikirləşmədin,
Məndən nə istəyir axı bu adam???

İllərdir tanışsan mənə elə bil,
Sənə bu tanışlıq asandan asan,
Adını söyləmək təqdimat deyil,
Sən özün-özünü tanımamısan…

Bəlkə də bu addım çox tezdir hələ,
Gəl sənə özünü tanıdım bir az.
Gecə də,gündüz də danışsam belə,
Qorxuram kəlmələr yetərli olmaz…

Mən sənin qəlbinə çox uzaq biri.
Sən mənim qəlbimin ilk məhəbbəti,
Mən sənin ömrünün təsadüfləri,
Sən mənim ömrümün tək həqiqəti…

Mən səni hər dəfə görərkən ölən,
Qəmini ürəkdə daşıyan biri,
Sən isə sevinən,danışan, gülən,
Özü-öz kefində yaşayan biri…

Mən necə söyləyə bilmirəm axı?
Sən mənim həsrətim,dərdim-sərimsən.
Mən sənin gördüyün ən şirin yuxu,
Sən mənim yuxusuz gecələrimsən…

İndi öz-özünü tanıdın sən də…
Ey məni yaşadan,öldürən adam.
Min il də yaşasam zillət içində,
Mən bu tanışlığa,yenə də şadam….!


Sevgi (Ülkər Hüseynli)

Sevgi qızmar səhrada bir qurtum sərin sudur,
Sevgi tükənən ömrü yaşatmaq arzusudur.
Sevgi səmimiyyətdir,qayğı,əməkdir,məncə,
Ondan ciddi hismi var?Sevgidə yox əyləncə.

Gerçək sevgi ürəkdən,ruhun bətnindən doğur,
Gerçək aşiq nə gözə,nə də üzə bənd olur.
Bu anlaşan ruhların tarazlıq nöqtəsidir,
İlahi ucalığın vəhdət mərhələsidir.

O hər an dodağında bir adın pıçıltısı,
Yuxusuz gecələrdə qəlbinin çırpıntısı.
Sevgi Allahdan gələn ilahi nur,çağırış,
Boz gündə parlaq Günəş,qızmarda sərin yağış.

Gözlər,əllər,dodaqlar,sadəcə,görüntüdür,
Sevilən zərif ruhdur,qalan hər şey örtüdür.
Xoş təbəssüm,həssaslıq,alında incə naxış,
Sevilir məsum,duyan,fitrətdən doğma baxış.

Sevgi bütün rənglərin qovuşması ağ işıq,
Yaşamağın qayəsi,ömrə bəzək, yaraşıq.
Kainat musiqidir,fərqli səsdə,həvəsdə,
Sevgi varsa,iki qəlb dinər bir kökün üstə.

O qol gücü deyil ki,ürəklərin gücüdür,
Sərt daşı yarıb çıxan çiçəklərin gücüdür.
Zaman,məkan fövqündən doğulub sevgi sözü,
Allahın sevgisidir bütün kainat özü…


Oxşar yazılar:

Dərin Mənalı Şeirlər
Eşq şeirləri
Nüsrət Kəsəmənli Şeirləri

Bu yazını dəyərləndir

Back to top button