Mənalı StatuslarŞəkillər

Heyati statuslar

Heyati statuslar axtarışında olanlar üçün yeni fikirləri təqdim edirik. Bu barədə olan statuslar adətən məsləhət xarakterli olur. Siz də sizə yol göstərəcək fikirlər ilə tanış olmaq istəyirsinizsə, Status.az-dakı heyati statuslar içərisindən bəyəndiklərinizi seçib paylaşa bilərsiniz.

Həyatda hər bir insana bəzi fürsətlər yalnız bir dəfə verilir.

Həyatdan çox şey istəyin və həyat sizə çox şey verəcək.

Siz həyatınızın ən əsas qurucususunuz, istər bundan xəbəriniz olsun, istər olmasın

Yadda saxlayın ki, finişə birinci gələnlərin hamısı yanlış başlanğıcdan başlayıblar. Onların həyatında dönüş nöqtəsi, adətən, hansısa böhranla üst-üstə düşüb və onlar bu böhrandan artıq başqa insan olaraq çıxıblar… 

Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət rəngini verir. Çəkmək isə bizim öhdəmizdədir 

Müdrik söz fikrin qönçəsidir.
Açılanda fəlsəfəyə çevrilir.

Qısa yazıda fikrin variasiyaları oxucunun öz öhdəsinə buraxılır.

Ağ lövhə üzərində qara rənglə, qara lövhə üzərində ağ rənglə yazırlar.

Bəzən həqiqəti tuta bilmək üçün tilovun qarmağına yalan bağlamaq lazım gəlir.

Bil ki, həqiqət
Üzdə zərifdirsə, dərində azman,
Son sözü düz sözə verəcək zaman!

İnsan öz fərziyyələrinin əsirinə çevrilməməlidir. 

Qaranlığa uyğunlaşan göz zəif işıqda da görür.

Sən arxası günəşə dayananda, ancaq öz kölgəni görürsən. 

Mavi şüşədən baxanda hətta Günəş də mavi görünür.

Bəzən biz yolu seçirik, bəzən də yol bizi.

Bir insanın ölümü ölüm, iki milyon insanın ölümü isə statistikadır.

Heyati statuslar

Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir.
Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur.

Bundan sonra hara gedəcəyini bilmək üçün, buna qədər haradan gəldiyini bilməlisən.

Dirilər ölülərə heç nəyi öyrədə bilməzlər, amma ölülər dirilərə öyrədir. 

Əgər danışsaydı, ölümlə də dil tapmaq olardı.

Əgər nəyə isə təəccüblənə bilirsinizsə, deməli, hələ cavansınız.

Ey müqəddəs həyat! Müqəddəs insan!
Sənə ilham verən yalnız ürəkdir.
Ayıl məclislərin sərxoşluğundan
Ömür röya kimi boş keçəcəkdir! 

Həyat balonla səyahət kimidir.
İp qırılanda ruh göydə uçur, bədən yerə düşür.

Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə – qısa keçmişdir. 

Həyatın açdığı bütün yollar gec-tez ölümə aparıb çıxarır. Ölməzliyə isə insan ancaq öz açdığı yolla çata bilər.

Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.

Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli. 

Ömrün gecəsi özü ilə öz çırağını gətirir.

Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır.

Tale bəhanələr qəbul etmir.

Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar. 

Yaradıcı adamın həyatı hüdud daxilində tükənməzlikdir.

Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır.

Üzməyi bilənlər gəmidə özlərini daha rahat hiss edirlər; halbuki gəmi dənizin ortasında batanda hamını eyni aqibət gözləyir.

Yalnız ölmək istəməyəni xilas etmək mümkündür.

Müdriklik – məsləhətlərin, tale – hadisələrin başında durur.

Ölüm zamanın qırıldığı bir məqamdır.

Bu yazını dəyərləndir

Back to top button