Maraqli Statuslar

Heyatdan statuslar

Heyatdan statuslar paylaşmaq istəyənlər üçün ən yeni fikirləri təqdim edirik. Bu həyatda hər gün yeni şeylər öyrənirik. Bəzi insanlar təcrübələrini bir neçə cümlə ilə ifadə edərək başqalarına məsləhətlər verirlər. Bu fikirlər sizlərə yeni addım atan zaman məşəl rolunu oynaya bilər. Əgər ki, heyatdan statuslar paylaşmaöı sevirsinizsə, doğru ünvandasınız.

Həyat nərdivanlarını çıxarkən, insanlara yaxşı rəftar edin. Çünki enərkən yenə eyni insanlara rast gələcəksiniz.

Həyatda nə istədiyinizə qərar verin; Uğura nail olana qədər heç vaxt əl çəkməyin.

Başqalarının halına yana bilən insan yaşamağa layiqdir.

Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.

loading...

Biz fəryad ilə dünyaya gəlir, qorxu ilə yaşayır, ah-nalə ilə də onu tərk edirik.

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. 

Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.

Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.

Faydasız həyat – vaxtsız ölümə bərabərdir.

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.

Görmək və hiss etmək – mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. 

Hər gün insan üçün yeni bir həyatdır.

Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə-özünü öldürməkdir.

Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var.

İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür.

Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.

Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. 

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. 

Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. 

Nəfsinin hakimi olan dünyanın ağası olar. 

Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir.

Həyat yuxuda da öz sonuna doğru gedir.

Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir.

Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir.

Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. 

Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə-özünü öldürməkdir.

Həyat hisslərlə yaşayanlar   üçün faciə, ağıl ilə yaşayanlar üçün isə komediyadır.

Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir.

Həyat, çox müdrik bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.

Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur…

Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatın özü bir hədiyyədir.

Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir .

Həyat bir dağdır:   qalxanda yavaş-yavaş, düşəndə tez-tez düşürük.

Həyatın dadını çıxarın, canını yox!

Həyata keçməyən yüksək məqsədlər, həyata keçmiş alçaq niyyətlərdən qiymətlidir.

Bu yazını dəyərləndir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close