Atalar Sözləri

Atalar Sözləri ✅

Atalar sözləri hər bir xalqın daxilində yaratdığı və onu ümumi təlim düsturu kimi dəyərləndirdiyi sözlərdir. Bu sözlər nəsihət, msləhər və hikmət dolu olur adətən. Bəzən isə məcazi sözlərlə həqiqəti dərk etməyinizə kömək edərlər. Ata babalarımız öz həyat təcrübələrini atalar sözləri vasitəsilə gələcək nəsillərə ötürüblər. Atalar sözü müdrik fikir ifadə edir. Ən məşhur və mənalı atalar sozleri aşağıdakılardır:

Ac deyir doymaram, tox deyir acmaram.

Get özünə dost qazan, düşmən ocaq başındadır.

Bazar quruldu, hesab duruldu.

 Çubuğu vaxtında əyməsən, böyüyəndə əyilməz.

Reklamlara Klikləyin 🙂

Zor qapıdan gələndə haqq bacadan qaçar.

Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır

Yüyürək at özünə qamçı vurdurmaz

Tənbəllik azar artırar, işləmək canı saf eylər

Torpaq deyər: “Öldür məni, dirildim səni!

Uzaqdan baxana döyüş asan gələr
Uzaqdan zurna səsi xoş gələr
.

Yalançını mənzilənədək qov!

Yalançının evinə od düşdü, heç kəs inanmadı

Söz götürənin, yer oturanındır

Sözlə plov olmaz, yağ ilə düyü gərək

Çox bilirsən, az danış

Ehtiyatlı oğulun anası ağlamaz

Yatan itləri oyatma

Soruşan dağları aşar, soruşmayan düzdə çaşar

Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!

Abdalın qarnı doyunca gözü qapıda qalar

Adam olmayan yerdə adamdır

Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır

Bir ziyandan min böhtan doğar

Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz

Qonşunun toyuğu qonşunun gözünə qaz görünər

Duzu yeyib, duzqabını sındırır

İsti aşa soyuq su qatma

Ən çox istifadə olunan atalar sözləri

Bu sözlər gündəlik həyatımızda ən çox eşitdiyimiz lakin əvvəldə ata babalarımızın mözu ilə laqədar işlətdiyi sözlərdir. Hər biri yəqinki eşitmiş və tanış gələn atlar sözü olacaq sizin üçün. Onlar bəzən tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.

Sən ağa, mən ağa,
İnəkləri kim sağa?

Hər nə yedin dadındır,
Hər nə verdin adındır,
Hər nə qaldı yadındır.

Yüz ölç,
Bir biç.

Açaram sandığı,
Tökərəm pambığı.

Bu günün işini sabaha qoyma.

İş insanın cövhəridir.

Ucuz ətin şorbası olmaz.

Back to top button
Close