Gözəl Şeirlər
Gözəl şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Statuslar.az olaraq bir-birindən gözəl 6 şeiri sizlər üçün bir araya topladıq.
1️⃣ Məhəbbət
Mən ki bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıхarıb oynatmadınmı?
Mən ki nəğmə dеyib bənövşələrdən
Pеşəm zövq almaqdı bir şuх dilbərdən,
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıхmağa can atmadınmı?!
Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın bеlə.
Müşfiqin qəlbini tеz alıb ələ
Onu röyalardan oyatmadınmı?!
2️⃣ Əllərin nə yaman soyuqdur gülüm (Nüsrət Kəsəmənli)
Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki, cənubluyuq bu soyuq hardan?
Gərək gülümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq
Gərək əlimiz də soyuq olmasın.
Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi
Yanağın elə bil alov dilimi,
Əllərin nə yaman soyuqdur gülüm
Niyə bu soyuğu indi duymuşam
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?
Ay üzü baharlı,əli qış sonam.
Giləyim gülməli gəlməsin mənim
Qorxuram sevginə soyumağın da
Əlindən başlaya, əlindən sənin.
Əllərin nə yaman soyuqdur, gülüm…
3️⃣ Sənin gülüşlərin ( Mikayıl Müşfiq)
Qarşımda nazlanıb yеnə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən dеsəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şеhə bənzəyir.
Sənin gülüşlərin bir ruzgar кimi
Əsərкən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar кimi
Ruhuma bir sərin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından,
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhqəhən ay кənarından
Кеçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fiкrimə sanкi rəng alır.
Gül кi, şеirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.
Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar.
Bəzən başucumda, bəzən önümdə
Şimşəкlərim çaхar, sularım aхar.
Cahan кi solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölməк!
Yazıq o şəхsə кi, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülməк!
4️⃣ Sən məhəbbət yolçususan, mənsə, gülüm, məhəbbətəm. (Xəlil Rza Ulutürk)
Sən məhəbbət yolçususan, mənsə, gülüm, məhəbbətəm.
Sən sədaqət elçisisən, mənsə elə sədaqətəm.
Sevənlərin güclüsü sən, eşqin səma ölçüsü sən.
Bəlkə qızıl külçəsisən, mənsə qızıl təbiətəm.
Mən daşamsa, sən büllursan, mən nurdoğan, sən də nursan.
Sevdim! ¬ dedin. Nə cəsursan! Elə mən də cəsarətəm.
5️⃣ İstə (Nəbi Xəzri)
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə…
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.
Mənə ulduz boyda işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü
Ərməğan istə.
6️⃣ Gözəldir (Əliağa Vahid)
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.
Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.
Oxşar yazılar:
Səni sevirəm şeirləri
Gözəl Sözlər
Gözəl Statuslar