Qəmli statuslar

Ən qəmli statuslar

Ən qəmli statuslar paylaşaraq kədərli olduğunuzu yaxınlarınıza sosial şəbəkələr və virtual aləm vasitəsilə bildirə bilərsiniz. Hər zaman həyatımızda hər şey yolunda getmir. Bəzən incidiyimiz, problemlərimizin olduğu vaxtlar da olur. Bu zaman ən qəmli statuslar paylaşaraq biraz da olsa rahatlıq tapmaq istəyirik.

Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.

Ya sevməyi bilmədik, ya da həddindən çox sevdik…

“Düşənin dostu olmaz” deyir bəziləri. Sanki ayaqda olanın dostu çoxmuş kimi.

Asandırmı bir anda hər şeydən imtina edib getmək, yoxsa hər şeyə baxmayaraq getməkdən imtina edib sevməkmi gərək?

Qırılan hər şeyin səsi var, qəlbdən başqa.

Həyatda ən pis şey, səni yalnız hiss etdirən insanların içində qalmaqdır.

Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.

Çox su verəndə ölərmiş ya çiçəklər, birini də çox sevəndə buraxıb gedirmiş məgər..

Nə qədər çətindir əslində sevib də sevirəm deyə bilməmək. Görüb, görməməzlikdən gəlmək, yaşadığını bilib də mənim üçün öldü demək.

Ən qəmli statuslar
Ən qəmli statuslar

Unutduğunu düşünəndə biri çıxır qarşına, gülümsəyir, bağlayır səni özünə. Yalan olduğunu bilirsən, amma yenə inanırsan.

 Ey can; heç kimə layiq olduğundan çox dəyər vermə; ya onu itirərsən, ya da özünü məhv edərsən..!

İnsan bir şeyi əldə etmək üçün çabalayar.  Onu əldə edincə bir kənara atar, gerçək dəyərini isə onu itirincə anlar.

Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik.

Sevdiklərinizə zaman ayırın yoxsa zaman sizi sevdiklərinizdən ayırar…

Kədər məkan dəyişdirər zamanla, məndən keçər sənə köçər sevdiyim

Kimsə bilməz ki, canım, bir yara bir ömür necə qanayır.

Çox zaman sən kor olarsan məhəbbətindən, O isə nankor!

Sən gedirdin mən qalırdım. Və birdən bir yağış başladı. Hər şeyin susması üçün.

Bir gün məni necə paslı bir qayçıla, necə də dərindən budayıp getdiyini fərq etdim. Yeni bir fidan verə bilməyəcək qədər dərindi kəsib atdıqların. Sənsizliklə meydana gəlmiş xəstəliyimə sənin belə çarə olmayacağını çox gec anladım.

Mən sənin “xoşbəxtliyini istəyirəm” dedi və dediyini etdi, aldı getdi.

Bəzən insan “Səni sevirəm” deyə bilməz. Sadəcə “Sən də xoşbəxt ol” deməklə kifayətlənər.

Gəl bir-birimizin qədrini bilək. Çünki qəfildən ayrılacağıq bir-birimizdən.

Ağlamaq gözlərdəki yaşı boşaldır, acın isə həmişə təzə qalır. 

Hər ürək sevə bilsəydi onsuz adı ürək olmazdı və hər sevən ürəkli olsaydı eşq bu qədər sadə olmazdı…

Gələcəyə də o qədər ümidim yoxdur artıq. Adı gələcək olsa nə olar, sən gəlmədikdən sonra.

Min dəfə yalan olsan da inanardım sənə. Sən məni aldatmadın, mən sənə inanmağı seçdim. Hamısı budur.

Gül indi ağlayan gözlərimə baxaraq gül! Sabahların üçün gül, çəkdiyim acılar üçün gül, sən həmişə gül məni düşünmə gülüm.

İnsanlar sahib olduqlarını kiçik hesab edər, sahib ola bilmədiklərinə əhəmiyyət verər.

Ən pisi də; Bərbat bir yaddaşım vardı, səninlə keçən hər şeyi xatırlayırdım.

Əvvəllər qaranlıqdan və yağışdan qorxardım indi isə yağışlar göz yaşım oldu, qaranlıq isə etibarlı sirdaşım.

Heç kəsi qırmayım deyirəm, bir də baxıram özüm paramparçayam

Bu şəhərin ən tənha yeri qəlbimdir indi…

Biz də unutmuş kimi edərik. Heç vaxt qırılmamış, heç vaxt ağlamamış kimi.

Əgər bir insanı həqiqətən unutmaq istəyirsənsə onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.

Oxşar statuslar:

3/5 - (2 votes)

Back to top button