Allaha Aid Statuslar ✅
Allaha aid statuslar onun nə qədər əhv edən və müqəddəs olduğunu göstərən deyimlər, sözlər, kəlamlardır. Bu sözlər həqiqətən insanın qəlbinə gedən, təsir edən və Allahı sevdirən kəlmələrlə doludur.
Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda…
Çarəsizlik ALLAHdan gələn ən gözəl işarətdir
Dua vaxtının gəldiyini göstərir….
Süzülursə gözündən yaşlar ,
Hüzünlüysə gözəl üzün….
RƏBBİN səni üçün darıxmış, səsini eşitmək istər deməkdir.
Həyatda iki şeydən qorxuram,
Bir ALLAHdan, bir də ALLAHdan qorxmayandan….
Bir insan acı duya bilirsə canlıdır; Bir insan başqasının acısını hiss edə bilirsə, insandır..
Ya Rəbbim “Sənə qovuşmaq necə mümkündür” deyə dua etdim…Bir nida gəldi “Nəfsindən əl çək”….
Bəziləri mal – mülk arxasında,
Bəziləri şan – şöhrət arxasında
Bəzisi qız, bəzisi oğlan arxasında
Bilmirlər ki, ƏZRAİL (ə) HAMISININ ARXASINDA…!
Sınamaqdan, çalışmaqdan yorulub cəsarətin qırıldığında,
Bil Ki . Allah Nə Qədər çalışdığını Görür.
Bütün ürəyinlə dilədiyin şey sonunda gerçək oldusa,
Bil Ki . Allah Sənə Gülümsəyir.
Harada Olsan ol, Nə Düşünsən Düşün, Nə Etsən Et,
Bil Ki . Allah Bilir.
Xəyalların yıxılmış, ümidin qalmamış və öz özünə niyə belə deyə soruşursansa Bil Ki, Allah Cavabını Bilir.
ALLAHdan qeyrisinə and içmək olmaz. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: “Uca ALLAH atanıza and içməyi qadağan edir. Kim and içirsə ya ALLAHa and içsin, ya da sussun”.
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən Allaha zikr edən şəxs mütidir.”
Allahı yad etmək insan ruhunu təmizləyir.
Zikr etmək Allahla ünsiyyətdə olmağın rəmzi və açarıdır.
Allahdan uzaq düşməkdən qəmli bir ayrılıq yoxdur, belə isə həmişə qəlbinizi Allahı yad etməklə məşğul edin.
Ey nəfsim! Səni sən edən mənəm, məni də mən edən sənsən. Ya yola gəl bərabər gedək, ya da yoldan çəkil, mən Haqqa gedim!
Allahım! İnsanlar səni verdiyin nemətlər üzündən sevərlər; mənsə səni verdiyin bəlalar üzündən sevərəm.
Həllac Mənsur
Biz, ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətləriyik.
Necib Fazil Kısakürek
Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən.
Hz. İmam Sadiq
Heç bir şey namaz qədər şeytanın burnunu yerə sürtmür. Belə isə namaz qılın və şeytanın burnunu yerə sürtün.
Hz. İmam Mehdi
Allahın istəyini yerinə yetirən şəxsin hacətini də Allah yerinə yetirər.
Hz. İmam Mehdi
Hər insan səhv edər. Səhv edənlərin ən xeyirlisi də, tövbə edəndir.
Hz. Məhəmməd
Günahını kiçik saymaq və bu vəziyyəti ilə razılaşmaq kimi müsibət yoxdur.
Hz. İmam Baqir
Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.
Hz. İmam Kazım
Alim elmi az da olsa, elmi ilə əməl edəndir
Hz. Məhəmməd
İnsan özünü bir şeyə tamamilə həsr etdikdə Allah da ona yardım edir.
Hote
Ədalət yer üzündə Allahın tərəzisidir.
Hz Əbubəkr
Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa, Allah da onu başqasına möhtac etməz.
– Şəms Təbrizi
Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur.
Kainatdakı ən kiçik zərrədə də Allahın varlığını görə bilərik. Bizim varlığımız da onun sayəsindədir.
– İbn Sina
Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.
– Verner Heyzenberq
Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə.
– Lev Tolstoy
Daha çoxu üçün dini statuslar və kəlamlar səhifəsinə baxa bilərsiniz.