Soxucu statuslar ✅
Soxucu statuslar sizin kiminsə görməsini istədiyiniz və ona söz soxmaq məqsədi ilə paylaşıb, bir araya topladıq. İstədiyiniz sözləri və şəkilləri yükləyə və sosial media hesablarınızda paylaşa bilərsiniz.
Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizə yaltaqlanan dostlarınızdan qorxun.
Ya olduğun kimi görün,ya da göründüyün kimi ol.
Artıq ikiüzlü insanları sevməyə başladım. Çünki yaşadıqca iyirmiüzlü insanlar görməyə başladım.
Allah sizə bir dənə üz verib; bir dənə də siz əlavə etməyin.
Qəlbimə yaraşanı sevərəm, hər kəsə yapışanı yox…
Əvvəllər eşqindən yataqlara düşənlər varıydı, indi də eşq deyə yatağa düşənlər var.
Biraz insan ol deyəcəm, ama səni də çətin vəziyyətdə qoymaq istəmirəm.
Kişi adam ağlamaz deyilir, əsla inanma! Unutma ki, kişi adam ağlamayan deyil, bir qadını ağlatmayandır əslində.
Əgər indiki vaxtda eşqlər həmişə saxtadırsa. Ya insanlar saxta eşqlərlə birlikdə olur, ya da birlikdə olduğu eşqləri saxtalaşdırır.
Tox olan acın halından anlamaz deyərlər; amma bəzən, ac olan da acın halından anlamır…!
Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan.
Onda ki, yalan taxta çıxır, Saf almaz saxta çıxır.
Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur.
Parçaları itmiş “puzzle” kimidir artıq insanlar. Kiminin ruhu, kiminin beyni və bir çoxunun bir ürəyi yoxdur.
➡️ Soxucu sözlər və statuslar, şəkillər
Soxucu statuslar, sozler, şəkillər dahi şəxslərdən məsləhətlər və kəlamlar kimidə deyilibdir. Bu sözləri aşağıdakı siyahıdan oxuya bilər şəkilləri isə yukləyə bilərsiniz. Daha çoxu üçün isə soxucu sözlər səhifəsindən baxa bilərsiniz.
Allah sizə bir dənə üz verib; bir dənə də siz əlavə etməyin.
– Uilyam Şekspir
Kasıb o kəs deyil ki, onun az şeyi var. Kasıb o kəsdir ki, malik olduğundan artıq şey istəyir.
– Kiçik Seneka
Eşşəyin anqırtısı özünə xoş gələr.
Atalar Sözü
İt hürsə, bülbül susar.
– Atalar Sözü
Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. e
– İohann Volfqanq Göt
Qorxaq öz kölgəsindən də qorxar.
– Atalar Sözü
Başqalarının həyatı sizə bu qədər maraqlıdırsa, kitab oxuyun.
Pul qazan, amma şərəfini itirmə.
Pul bir gün gedər, nə vaxtsa gələr
Amma şərəf gedər gəlməz…!
İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır.
A. Qraf
Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər.
Oturub sənə şərəfin nə olduğunu izah edərdim amma itirdiyi bir şeyi dinləmək ağır gələr insana…
Azan səsini sevirəm. Çalan musiqi susur, söyüş söyülmür, içki içən dayanır. Yəni 3 dəqiqə hər kəs insan olur.
Nə yarım qaldım səndən sonra, nə də yaralı, məni nə sən yıxa bilərsən, nə də ən kralı…
Varlığım barmağına “üzük” olmadı . Yoxluğum qulağına ‘sırğa’ olsun.
Qabına yeyə biləcəyin qədər yemək, həyatına sevə biləcəyin qədər insan al. Israfın lüzumu yoxdur.
Bəzi insanlar ayaqqabı mağazası kimidi, hər nömrə var Allahaqqı.
Onun kimilərini cibimdən çıxararam deyibsən. Dinlə, mən sənin kimilərini təsbehimə düzərəm tövbə tövbə deyib çəkərəm.
Bir qadının göz yaşının axmasına sadəcə soğan deyil, bir əclaf da səbəb ola bilər.
İnanırsan səni heç unutmamışam? Yediyim salatda belə axtarıram. Bir xiyarın yoxluğu bu qədərmi hiss olunar)
Bu həyatda ən qiymətli şey zamandır, kimə hədiyyə etdiyinizə diqqətli olun…
Heç kimə sizə istədiyi zaman dönəcək qədər şans verməyin.
Həyatımdan çıxıb gedənlər üçün dönüş biletləri satılmır!
Əlçatmaz deyiləm,sadəcə ucuz insanlara bahalı gəlirəm.