Zamana aid statuslar
Zamana aid statuslar çox saydadır. Hər keçən gün həyatımızda pisə və yaxşılığa doğru dəyişikliklər gedir. Ətrafımızdakı insanları ya itirməli oluruq, sevdiklərimiz tərəfində incildiyimiz anlar olur, xoşbəxtlikdən sevinc göz yaşlarına boğulduğumuz və s. Həyatınızda baş verən hadisələrə uyğun zamana aid statuslar axtarışındasınızsa, doğru ünvan Statuslar.az-dır.
Çətinliklər, zamanında etmədiyimiz asan şeylərin yığılmasıyla meydana gələr..
Zaman yararları sağaldırmı doğrudan da? Məncə zaman sadəcə qaysaq bağladır yaraları. Bu hıyatda heç vaxt heç də unudulmur. Sadəcə artıq əvvəlki kimi ağrıtmır.
Zaman pula bənzəyir. Lazımsız yerə xərcləməsən hər şeyə çatar. (Konfutsi)
Başlamaq üçün ən uyğun zamanı gözləsən heç başlamaya bilərsən; İndi başla, indi olduğun yerdən, əlindəkilərlə başla.
Uşaq vaxtı dostlarımla oynadığım dövrlərə getmək istərdim, ancaq zaman həmin zaman deyil artıq.
Vaxtı öldürmək özünü öldürməkdir. (D.Pekk)
Zaman keçmir, keçən bizik.
Övladınızı öz zamanınıza görə yox, gələcək zamana görə yetişdirin.
Zaman ən yaxşı müəllimdir,təəssüf ki,o öz şagirdlərini öldürür. (Hektor Berlioz:Fransız bəstəkarı)
Heç şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir. (A.Koyre)
İnsanın itirdiyi ən böyük şey zaman ola bilər. (Teofrast)
Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır. (Əbu Turxan)
Müasirlik zəmanəyə bənzəməkdir. (Əbu Turxan)
Vaxtsız çiçək açan arzular bar verməz. (Əbu Turxan)
Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir. (Əbu Turxan)
Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir. (Rövşən Abdullaoğlu)
Dünənlə bu gün arasında savaş olarsa,sabahı itirərik. (Uinston Çörçill:İngiltərə dövlət,siyasi və xərbi xadimi)
Zaman səssiz bir mişardır. (İmmanuil Kant:Alman filosofu)
Ən ağır itkilərdən biri zaman itkisidir. (Corc Lui Buffon:Fransız təbiətşünası)
Kainat bir beşik,zaman isə onun ipidir. (“Füyuzat” jurnalından)
Zaman həyatın vicdanıdır;itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır. (Yusif Vəzir Çəmənzəminli:Azərbaycan yazıçısı)
Zaman üçün qüsur tapa bilərik,ancaq zaman danışarsa,utanmaq məcburiyyətində qalarıq. (Abdullah ibn Muhəmməd:İslam alimi)
Sevgililərim,bir şeyi unutmayın ki,Rəbbin gözündə bir gün min il,min il də bir gün kimidir. (İncil)
Həyat bir velosipedə minmək kimidir. Pedalı çevirməyə davam etdiyiniz müddətcə düşməzsiniz.
Həyat nərdivanlarını çıxarkən, insanlara yaxşı rəftar edin. Çünki enərkən yenə eyni insanlara rast gələcəksiniz.
Həyat yuxuda da öz sonuna doğru gedir.
Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir.
Həyat, hiss edənlər üçün faciə, düşünənlər üçün komediyadır.
Həyat, qısa bir əhvalatdır, uğruna böyük ağrılar çəkdiyimiz.
Həyat bəzən insanları bir-biriləri üçün nə qədər çox şey ifadə etdiklərini anlasınlar deyə ayırır.