Mənalı SözlərSözlərStatuslar

Uşaqlara aid statuslar

Uşaqlara aid statuslar tək iyun ayının 1-i günündə deyil hər zaman paylaşılmalıdır. Çünki uşaqlar bizim üçün ın dəyərli varlıqlardır. Onlarla bağlı çox sayda gözəl fikirlər vardır. Statuslar.az komandası olaraq həmin fikirləri bir mıkanda topladıq. Ən gözəl ifadələr olan uşaqlara aid statuslar qarşınızdadır.

 Uşaq, dünyanın ən böyük səadətidir.

Uşaqları sevən həyatı da sevər.

Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir. 

Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik. 

İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır 

Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.

Tərbiyə – uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır. 

Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər.

Döyməklə uşağı yalnız korlamaq olar.

Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz. 

Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur…

Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir.

Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır.

 Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?

Bir insandan oğurlanan ən dəyərli şey onun uşaqlığı olsa gərək…

Bekarçılıq – uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.

Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki , uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın. 

Əsl kişinin xarakterində oynamaq istəyən bir uşaq xisləti gizlənir. Qadınlar, kişilərdəki bu uşağı tapın!

Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar.

Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyyə etsək, onlar dahi olaraq böyüyərlər. 

Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.

Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər.

 Necədə qəribədir. Uşaqkən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə nələr oynayacaq deyə düşünürük.

Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın.

Mən istəyirəm: Buludlar ağlasın, uşaqlar ağlamasın;Analı, ya anasız..

Bir yerdə günahsız uşaqlar ölürsə, orda ölən yalnız uşaqlar deyil, həm də insanlıqdır.

Bu dünyada bir uşaq belə xoşbəxt olmadığı müddətcə böyük kəşflər və yüksəlişlər heçdir.

Uşaqlara gözəl dünya miras qoymaq yerinə dünyaya gözəl uşaqlar miras qoysaq dünyanın bütün problemlərini həll etmiş olarıq. 

Uşaqlar hələ donmamış beton kimidir, üstünə nə düşərsə onun izi qalar. 

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır. 

Uşaqlara, atalarının qabiliyyətlərinə görə deyil, öz qabiliyyətlərinə görə peşə tapmaq lazımdır. 

Uşaqlar görməyəcəyimiz bir zamana yolladığımız canlı məktublardır. 

Uşaq olan evi təmiz saxlamaq, qar yağa-yağa həyət təmizləmək kimidir.

Tərbiyə ana qucağından başlar. Körpəyə söylənən hər kəlimə onun şəxsiyyət binasına qoyulan bir kərpicdir. 

3.9/5 - (7 votes)

Back to top button