Şeirlər

Şaxta Baba şeirləri

Şaxta baba, Şaxta baba şeirləri

Yeni ildə sözsüz ki, Saxta Babani uşaqlar böyük həvəslə görmək istəyirlər, uşaqlar bayram yaxınlaşdıqca Şaxta Babanın yolunu böyük sevinclə gözləyir və o gözlər bir-birindən maraqlı hədiyyələri axtarır. Düzdür, bəzi uşaqlar (nisbıətən körpə uşaqlar) Şaxta Babanın xarici görkəmindən çəkinsə də – yenə də Saxta Baba usaqlar ucun əvəzolunmaq qəhrəmanlardan biridir.

Saxta baba, Yeni il seirleri

Şaxta baba uşaqların, məktəblilərin sevimli qəhrəmanıdır, elə bəzi böyüklərin də. Şaxta baba haqqında olan şeirləri nəzərdən keçirək:

Şaxta baba

Şaxta Baba, Qar Baba,
Buludları öp baba.
Bəsdir, əsdirdin külək,
Bir az da qar səp baba.

Şimaldakı uşaqlar
Çoxdan görüblər qarı.
Bu nə ayrıseçkilik,
Sən belə etmə barı.

Şaxta baba xoş gəlib

…Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.


Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!


Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.


Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-


Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
–   Şaxta baba!…
–   Şaxtacan!…
–   Haradasan bu vaxtacan?…

Müəllif: Əhməd Cəmil

Şaxta Baba şeirləri

Şaxta babanın nəğməsi

Qopdu bayırda tufan
Uğuldadı yel boran
Döyüldü pəncərə bərk
Açdı qapını külək
Yelləndi çilçiraqlar,
Doldu evə soyuq qar.
Aha aha diyəsən
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq
Girdi evə bir qoca,
Boyu çinardan uca…
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi
Qotazlı qar xurcunu.
Uşaqlar görcək bunu
Alıb dövrəyə həmən
Tutdular ətəyindən:
Şaxta babadır gələn
Şaxta baba şaxtacan
Hardasan bu vaxtacan
Şaxta baba gülərək
Uşaqlarla təkbətək
Qucaqlaşıb görüşdü
Nə isə yadına düşdü
Fikrə getdi bir qədər,
Dedi – əziz körpələr
Qarlı dağlar aşaraq
Çox ellər dolaşaraq
Dağlarda qurdum dəyə
Gəldim sizi görməyə.

Şaxta baba, qış baba

Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!

Müəllif: Mirmehdi Seyidzadə

Saxta Baba

Qış deyir

Saqqalı ağ, saçı ağ,
Ağaca dayanaraq
Gəldi qocalmış baba,
Şaxta baba, qış baba.
Ucaldaraq səsini,
Oxudu nəğməsini:
“Mən gələndə yağar qar,
Məndə min cür oyun var.
Şirindir qar oyunu,
Sevər uşaqlar bunu.

Qarlı bir qış axşamı
Xoşdur yolka bayramı.
Məndə nələr var, nələr!
Sevər məni nəvələr.
Körpələr də beşikdə,
Sevər Məstan pişik də.
Soyuq qış axşamında
İsti soba yanında
Nağıl deyər nənələr,
Qulaq asar nəvələr”.

Qarli qis, bayram, yeni il

Şaxta Baba

Gəl bu xoşbəxt elimizi,
Təbrik elə bir-birimizi,
Təzə gələn ilimizi
Şaxta baba, şaxta baba

Saçların ağ, saqqalın ağ,
Hansı evə getsən qonaq,
Hörmət edər hər bir uşaq
Şaxta baba, şaxta baba.

Saxta Baba seiri

Şaxta Babaya aid qısa şeir və sözlər

Yeni İl Gəlir

“Yeni il qapıda, gözləyirik sabahı,
Şaxta Baba bizimlə, sevinc dolu hər anı.

Dostluq və Sevgi

Dostluq, ən böyük hədiyyə, ürəkdə bir çiçək,
Şaxta Baba, gəl, sevincimizi paylaşaq birgə.

Oyun Zamanı

Qar topu oynayaq, gülək, sevək,
Şaxta Baba gətirir, şənlik dolu bir dünya.

Xoş Xatirələr Qar tənələri düşərkən, bir-birinə sarılır,
Şaxta Baba gülərək, xatirələri canlandırır.

Bu yazını dəyərləndir

Back to top button