Qəmli statuslarSevgi SözləriSözlər

Qarsiliqsiz sevgiye aid statuslar

Qarsiliqsiz sevgiye aid statuslar görən zaman sizin də qəlbinizi kədər hiss bürüyürsə, gözləriniz hüznlənirsə, deməli sevgi iztirabları yaşayırsınız. Qarşı tərəfə hisslərinizi bildirmək üçün qarsiliqsiz sevgiye aid statuslar paylaşa bilərsiniz. Sizin əzab çəkdiyinizi görən zaman ümid edirik ki, sevginizə müsbət cavab ala bilərsiniz.

Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən.

Peşman deyiləm, inciyəm bir az, amma kədərlənmirəm. Çünki gedəndə yeni bir şey öyrəndim: Artıq hər sevirəm deyənə inanmıram.

Sən, səni sevəni görməyəcək qədər korsansa, o da sənə sevgisini söyləməyəcək qədər qürurludur.

Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.

Bəziləri “sevirəm” deyir, çünki əzbərləmişdir. Bəziləri deyə bilmir, çünki həqiqətən sevmişdir.

 Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.

Əlimdə olsa çoxdan buraxmışdım gözləməyi, fəqət qəlbimdəsən əlimdə deyil..

Ağızıyla quş tutsa da sevə bilmədiyim insanlar var! Bir də məni öldürsə belə sevməkdən imtina edə bilmədiklərim.

Gedən sevgilinin getdiyi yerdə axtardığını tapmayıb “darıxdım” deməyi darıxdığından deyil, it kimi peşman olduğundandır.

Kiçikkən anam, yerdə çörək görəndə: “yüksəyə qoy, quşlar yeyər” deyərdi. Sevdiklərimizi həmişə yüksəklərdə tutduq, görəsən quşlar mı yedi?

Qulaqdan qulağa oynamaq qədər qəribədir eşq əslində. Sən ona “səni sevirəm” deyərsən, o başqasına.

Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim?

Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər.  

Xoşbəxt edə bilməyəcəyiniz qadınların vaxtını almayın. Vaxtını alsanız belə ahını alacaq qədər “Şərəfsiz” olmayın!

Kimisinə get deyərsən dəyərli olarsan, kimisini canından çox sevərsən lazımsız olarsan…

Əgər bir insanı həqiqətən unutmaq istəyirsənsə onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.

Sən mənə bir nağıl danışdın, mən o nağılda yaşamağa başladım. Nağıllar xoşbəxt sonla bitərdi axı, niyə son səhifəni qopardın?

Nə olardı zamanla keçəcək deyil də zamanla gələcək desəydilər.

Üç səhvim oldu. Tanıdım, güvəndim, inandım! Bir düzüm oldu, sevdim. Amma üç səhv bir düzü sildi.

Gələcəyə də o qədər ümidim yoxdur artıq. Adı gələcək olsa nə olar, sən gəlmədikdən sonra.

Nə qəribə dünyadır bu. Ağlımdasan deyən balıqlar, həyatımsan deyən kəpənəklər gördüm.

Məncə sən eşqi sadəcə çox sevmək kimi anlayırsan. Halbuki qarşılıqlı sevməkdir eşq, qarşılıqlı sevmək və qovuşammamaq.

Belədir qarşılıqsız sevmək…Gecən gündüzlə birləşər,yatmaq sənə çox uzaq olar.Sən ilk addımı atmısan,amma o əlini uzatmayıb sənə…Əgər hələki sevirsən,gözləməlisən başqa seçimin də yoxdur…

Gecə olanda yuxunda onu görərsən,səhər oyananda isə onunla oyanarsan.Yenə həyatına nifrət edərsən.sənin olmadığı üçün!Amma nə vaxt ki,onu görsən və ya gəldiyini hiss etsən əlin ayağına dolaşar,həyacanlanarsan,çünki onu sevirsən.Aranızda bir sevgi başlamasa da,onu gördüyün an ürəyin həyacanla döyünər,heç kim o döyüntüləri saxlaya bilməz.

O həmişə sənin həyatında olur.Bəzən ürəyinə təsəlli etməyə çalışarsan ki,yaxşı ki olmadı.Olsaydı necə olacaqdı ki?Ancaq bu sözlər yalnız ürəyini incidər.

Ürəyinizin qarşılıqsız eşqə tutulmamasını diləyirəm

Cətin deyilmi qarşılıqsız bir eşqə tutulmaq.. Baxmaq ona dərin dərin, ic cəkərək.

Duşuncələrin onunladır, həmişə onu xəyal edərsən amansız və qarşılıqsız.

Hər şeyin qarşılıqsızdır onun üçün, hər şey ona hesr olunub könülündə.. Isti bir toxunus, isti bir gülümsəmə gozləyərkən başqasına verdiyini görərsən onu, urəyin qəhr olar.

3.7/5 - (6 votes)

Back to top button