Ad Günü Təbrikləri

Ovlada aid ad gunu tebriki

Ovlada aid ad gunu tebriki aşağıdakılardır. Övlad üçün ad günü təbrikləri üçün baxın.

Allah sənə xeyirli və dimc ömür versin. Ürəyindəki sənin üçün xeyirli olan bütün gözəlliklər həyata keçsin. Ən gözəl günün ad günün mübarək olsun.

Canım övladım ad günün mübarək olsun. Üzündən gülümsəmən, ürəyindən xoşbəxtlik əksik olmasın.

Günəş qədər isti, qan dənəsi kimi şəffaf, yağış qədər saf və təmiz yaşam diləyi ilə canım övladım ad günün mübarək!

Sən dünyaya gəldiyin gün nə qədər sevinmişdik. İndi də çox sevinirik sənin kimi bir mükəmməl övladımız olduğu üçün. Gözəl övladımız ad günün mübarək!

Gələcəkdə olan günlərin yaşamış olduğun günlərdən çox daha gözəl və xoş keçsin. Əgər bir gün gözlərindən bir damla yaş düşərsə o yaş sevincdən olsun.

Canım ovladım yeni yaşında da həmişə olduğu kimi sevgi dolu, xoşbəxt və şən qal. Könlündən keçən gözəl şeylərin haqqında xeyirli olması diləyi ilə ad günün mübarək!

Sən bu dünyada xoşbəxt olsan mən daha çox xoşbəxt olaram. Sən xoşbəxtlikdən bir təbəssüm atsan mən qəhqəhə çəkərəm. Yəni gözəl övladım aən xoşbəxt olduğun zaman məndə olaram. Sən üzüldüyün zaman mən məhv olaram. Gözəl illərə canım övladım.

Sən mənim xoşbəxtliyim, ümidim, sabahlara ümidli baxışım, canımdan çox sevdiyim dünyalar gözəli qızımsan. Canım qızım ad günün mübarək!

Bir qadın ana olmadan bilməzmiş övlad sevgisini, bənzəməzmiş övlad sevgisi ne yar, nə qardaş sevgisinə. Səni çox sevirəm canım övladım. Ad günün mübarək.

Həyatın boyu gözəl illər, xoş sabahlar, mehriban dostluqlar həmişə sənin olsun. Ad günün mübarək gözəl qızım

Sənə nə qədər təşəkkür etsəm azdır. Sən mənim həyat işiğımsan birdənə qızım. Varlığımım tək səbəbi doğum günün mübarək.

Yeni yaşında gözlərindəki sevincin davam etməsini istərdim. Yaxşı ki doğulmusan canım qızım. Ad günün mübarək!

Sevdiklərin ulduzlara bənzər. Hər zaman onları görməzsən. Amma sənin üçün var olduqlarını bilərsən. Doğum günün mübarək canım qızım.

Həmişə uğurlu, sevgi dolu və xoşbəxt olman diləyi ilə doğum günün mübarək qızım.

Həyatın göy qurşağı kimi rəngarəng, uğurşarən ulduzlar qədər bol, üzün həmişə gülüşlə dolu olsun. Ad günün mübarək canım qızım.

Yuxuların ən gözəlini görərkən Allahın sənə göndərdiyi mələklərin qanadları o qədər böyük olsun ki ən məsum anında belə kimsə sənə zərər verə bilməsin. Ad günün mübarək qızım!

Yeni yaşın ən gözəl xəbərlər, ən gözəl suprizlərlə dolu olsun. Doğum günün mübarək canım oğlum.

Xoşbəxtliyinin ömür boyu davam etməsini, yaşantında heç bir şeyin səni üzməməsini arzulayıram.

Hər insan bir ulduzdur. O ulduzlardan biri də sənsən. İşiğın heç sönməsin canım oğlum. Ad günün mübarək.

Ümid edirəm bu ilin sonunda geriyə baxdığında çox gözəl ildi deyecəksən. Neçə neçə gözəl illərə canım oğlum. Ad günün mübarək!

4/5 - (23 votes)

Back to top button