Diger

Fondu və iqtisadiyyat

Azərbaycanın Dövlət Neft Fondu neft və qazdan əldə edilən gəlirlərin səmərəli idarə edilməsindən ötrü yaradılıb. Ölkəmizin iqtisadi siyasətinin lokomotivlərindəndir. Baş verən kəskin maliyyə dalğalanmalarından qorunmaqda xüsusi rol oynayır. Eləcə də büdcə gəlirlərini və xərclərini sabit tutmağa kömək edir.

Gələcək nəsillərin qayğısına qalınması

Neft, tükənən təbii ehtiyyatdır. Gələcək nəsillərə neftin özünü çatdırmaq üçün dövlət səy göstərir. Lakin hazırda neftdən əldə edilən gəlirlərin böyük bir hissəsi gələcək nəsillər üçün saxlanılır. Onların gələcəkdə rifah şəraitinin yaxşı olması üçün Dövlət Neft Fondu uzunmüddətli layihələr hazırlayır. Neftdən asılılğı bitirmək üçün atılan addımlar buna misaldır. Aşağıda əsas plan və strategiyaları təadim edirik:

  • Diversifikasiya
  • Şəffaflıq 
  • Dayanıqlı inkişafın dəstəklənməsi
  • İnnovasiya və texnologiya layihələrinin dəstəklənməsi
  • Ekoloji və sosial məsuliyyət
  • Neft gəlirlərinin qorunması 

Milli iqdisadiyyat

Milli iqtisadiyyatın inkişafında strateji layihələrə investisiyalar qoyuluşu əhəmiyyətli addımdır. Bununla iqtisadiyyatın diversifikasiyası təmin edilmiş olur. Beləliklə, qeyri neft sektoru inkişaf etmiş olur. Yeni iş yerləri yaradılır, regionların sosial-iqtisadi inkişafı sürətlənir. Azərbaycanın beynəlxalq bazarlarda rəqabət qabiliyyəti artır.

Azərbaycanın Dövlət Neft Fondu ölkəmizin qlobal dünyada dayanıqlı iqtisadi inkişafına təminedir. Sabitlik daimi olduqca xarici investorların ölkəmizə olan marağı da artır. Beynəlxalq ictimaiyyətin bizə olan inamı güclənir. Bu da daxili iqtisadi sabitliyə töhfə verir.

Back to top button