StatuslarSözlər

İkiuzluluk haqqinda statuslar

İkiuzluluk haqqinda statuslar paylaşıb sizə qarşı səhv davranış göstərmiş şəxsləri ifşa edə bilərsiniz. Demək olar ki, hər birimizin həyatında üzümüzə gülüb, arxamızdan quyumuzu qazan şəxslər vardır. Onlara onları tanıdığımızı bildirmək üçün ikiuzluluk haqqinda statuslar paylaşa bilərik.

Allah sizə bir üz verib; bir dənə də siz əlavə etməyin.

İkiüzlü insanın üç əlaməti var:dil ilə qəlbi, qəlbi ilə əməli, zahiri ilə batini uyğun gəlməz.

İnsanların ağızları asanlıqla yalan danışır, amma bu zaman onların qıc olmuş sifətləri yenə də həqiqəti deyir.

Saxta göz yaşları ilə duzlu suyun heç bir fərqi yoxdur.

Pul və insan arasındakı qarşılıqlı əlaqə belədir: İnsan pulun saxtasını edər, pul da insanın.

Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar.

 Hər kəs aya bənzər.Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.

Bəlkə də saxta dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.

Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa…

Gülər üzlə deyilən bir yalanı bir anda udduğumuz halda, acrı gerçəyi ancaq damla damla uduruq. -Deni Didro

İkiüzlü adamdan dost olmaz.

Riyakar adamların
qiyafəti işıq, məzmunu kölgədir.

Bir şey nə qədər cidd-cəhdlə gizlədilsə, bir o qədər tez aşkar olar.

Riyakarlıq zəiflərin silahıdır. Simasızlıq əslində simaların çoxluğundan irəli gəlir.

Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür. Və nə vaxtsa daha buna da dözə bilmir. 

Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək.

Yer var ki, lal-dinməz olan yaxşıdı,
Yer var ki, doğru yox, yalan yaxşıdı,
Səxavət ölçüsü ismət olanda –
Hamıdan axırda qalan yaxşıdı.

Həqiqət dayağını itirəndə yalan ayaq tapıb yeriyər. 

Onda ki, yalan taxta çıxır,
Saf almaz saxta çıxır.

Oturub sənə şərəfin nə olduğunu izah edərdim amma itirdiyi bir şeyi dinləmək ağır gələr insana… 

Mənə ürəyimdəsən demə sevgili, tünlük yerdə havam çatmır… 

Bəzi insanlar girdiyində otağı işıqlandırar, bəziləri çıxdığında…

Parçaları itmiş puzzle kimisiniz. Kiminizin ağılı kiminizin ruhu kiminizin ürəyi yoxdu.

Bir “artım” da bu insanlara gəlsə özlərini bu qədər “ucuza” satmasalar.

Danışdığın qədər şərəfli olsaydı hisslərin; şərəfini iki qəpiklik etməzdi seçimlərin.

Şərab insanı riyakar edir: Ağlını alıb ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu təlqin edir, sağlığını alıb sağlıq dedirdir.

2.7/5 - (7 votes)

Back to top button