Elza Seyidcahan şeirləri
Elza Seyidcahan en çox tanınan seirleri
“Burnum axır, fürsət baxır, köhnə çaxır”
Qazanım daşdı,
Kəfini yedim.
qapağın açdım,
üzünü yedim.
Yedim, yedim,
dibini yedim.
Qazıb, qazıb,
deşdim dibini
qazanın.
Kəfkirim azıb
Dibi deşik qazandan
çıxdı havaya.
Mən də baxdım
kəfkirdən
deşik-deşik dünyaya.
Qonaq olduq
həsrətini çəkdiyim
röyaya.
Buzlanmış
şaxtadan beynim
isti şorbayadır meylim.
Köhnə saat kəfkiri
çalırdı tamam.
Təzə dərdin yaşları
burnumdan daman.
Günahları içimdə
mən boğan adam.
Köhnə saat kəfkiri
vur, vur
vur əqrəbi.
Çalsın, çalsın.
Saniyələr səs salsın
Burnum axır,
Fürsət baxır,
Köhnə çaxır,
Vaxt yetişir
Kəfkir vurur tamamı
Əqrəb çalır zamanı.
Səs düşəndə axanı
Çəkin, udun,
Silin, atın,
burnunuzdan pisləri
Köhnə saat kəfkiri
görür hissləri,
örtür bizləri.
Elza Seyidcahanın şeiri, Elza Seyidcahan seirlerindən
Get işinlə məşğul ol
Ömür elə qısadır ki
Get işinlə məşğul ol.
Baxışında çək şəklimi,
Ruhun təzələnsin.
Padşahlığa layiqdir
Zəhmət ilə görülən iş.
Gedişinlə, gəlişinlə,
Duruşunla.
Boşluqdan yaranır pislik,
Məşğul olsan, olmaz sizlik.
Olmaz, olmaz, təklənərik.
Qəlpələnər, səpələnərik.
Sipərlənək, üzək, üzək,
Vətənimizə, yurdumuza.
Qovuşa-qovuşa.
Gəl öp məni
Məşhur olaq.
Özünə iş tapa bilməyən
Bədbəxt adam.
Uca olar həmişə başın.
Ləyaqətlə
İşini yerinə yetirsən.
Söyürəm səni
Get işinlə məşğul ol.
Mənə sözündə təpki ol.
Öz sözündə əski ol.
Ona sözündə əskik ol
Tənbəl adam.
İşin sözdə
Zəhmətsevər insanların
İşi əməldə.
Ət qalmasın.
Qəm əldə.
Bilmək istəyirsən kimsən?
İşinə bax.
Qarışqa ol,
Önünə bax.
Bəhanələr var isə
Hakim ol gördüyün işə.
Olsan fəaliyyətdə
Olmazsan cahiliyyətdə.
Şikayət etməkdənsə
Axmaq adam.
Tənbəl adam.
Yaramaz adam.
Oranı qaşı, buranı qaşı.
İşin yoxsa
Get nənənin, babanın
Qaşı, qaşı.
Qazanın aşı.
Üzüyü qaşı tanıdar
Üksüyü sapı qaraldar.
Sən də saplan öz iynənə.
Zolaq olaq, corab olaq.
Qonaq olaq
Tozanaq olaq.
Cukka cuka, cakka cuka
Cakkada Cuka, Cukka Cuka
Cukkada, cukkada
Rakkada, cukkada
Cukkada cukkada
Rakkada cukkada
Gəl kökümüzlə məşğul olaq
Adam olaq.
Tikək, tikək, tikək, tikək
Yıxaq, yıxaq, yıxaq, yıxaq.
Vuraq, vuraq, vuraq, vuraq.
Qol gücündə çiyinlərin
Gəl işimizlə məşğul olaq.
Səni elə günə salaram ki
Etdiklərim nə idi ki?
Getdiyim bu sulardakı
Gəmi idi ki.
Vermək almaqdan daha izzətlidir
Gülmək ağlamaqdan şərafətlidir.
Sevmək sevilməkdən ləyaqətlidir.
Susmaq danışmaqdan kəramətlidir.
Bəzən çox vaxt dinləmək, dinləmək
Ləyaqətlidir.
Atalarımız deyiblər
Yaşınla
Ağ başınla
Sirdaşınla
Get işinlə məşğul ol.
Ağıllı ol,
Get işinlə məşğul ol.
Tüpürüm sizə ağac başından?
Göydən yağış hönkür-hönkür ağladı,
Mələklərin yerə yaxın olduğunu,
Dua günü çatdığını,
Ulduzsuz, qaranlıq gecədə,
Zülmət içində bircəcə,
Açmış qanadın incəcə,
Uçan ruhu qəbul etmiş mələkcə.
Yaşamaq üçün oğurladım bir çörək,
İxtiyarım yoxdur ki,
Yaşamaq üçün
Oğurlayım min bir ad.
Rüsvayçılıq damğasının sarsıntısının,
Başqasına yüklədin!
Mənə desin yüz-yüz ad?
Tüpürüm-tüpürüm,
Udum-udum,
Qurtum-qurtum,
İçim-içim,
Didim-didim,
Sicim-sicim
Kilim-kilim,
Dilim-Dilim,
Bilim-bilim,
Yıyım-yıyım
Tüpürüm sizə,
Hündür ağac başından?
Tüpürdünüz mənə
Alçaq ağac başından
Öskürə-öskürə,
Pis-pis gülmə,
Kifayətdir mənə demə!
Küçədən gəlib,
Küçəyə gedən
Milçəyə bax,
Birçəyə bax,
Bircəyə bax.
And içim o nə deməkdir?
İçdim, içdim, içdim suyu.
Tikdim, tikdim,
Yun kisəsi yumurtadan.
Bu gələn qız,
Həmən qızdır,
Çox qəşəng qızdır.
Ola bilməz,
Atlas geyim,
Xəz paltoda?
Sənə deyirəm,
Məni tanıdın?
Xəyalpərəst, üsulluca,
Ehtiyatlı axdın suya?
Qara qızın gözlərinə
Şərab sərin,
Dəhşətli şeydir ehtiyac.
Cənab, gəlin.
Viktor Hüqo fikrə dalmış,
Pencəyi qırış,
Rəngi saralmış
Oğluna
Nələt dedi şeytana!
Bu nədir axı zınqırov?
Kəsəcəksən səsini ya yox?
Mən oynaya bilmirəm
Ölü kimi saralmışam
Cibim boşdur
Başım yoxdur.
Kuklaya oxşayan moddur.
Lütün birisi,
Kütün zırısı,
Küdüm dərisi,
Onun irisi.
Yəqin mənim heç vaxt
Anam olmayıbdır.
Atam da ki,
Mən zavallı qızcığaz
Aman Allah
Nə üçün qapı örtülüdür?
O biri qapı açıldı,
Ölülər məzardan qaçırdı.
Ayağa qalxdı,
Boynuma taxtı,
Götürmə taxtı,
Oturacağam!
Dedi mənə
Səbəb oldu
Keçən gecə
Gecə yarısı
Güclü yağış
Ay işığı
Unutmaram o səsləri,
Sürünürdü meyit iyi,
Əlləşirdi, kəsilmirdi
İniltili yerdən səsi.
Siz o tayda təksiniz
Siz bu tayda səssiniz
Doqquz yaşıma az qalmış,
Bir qığılcım parladı.
Kəsim səsimi deyəcəksiniz?
Bir də ki,
Mən tezliklə….
Əlbəttə, Günəş çağladı!
Göydən yağış sevincindən,
Hönkür-hönkür ağladı.
Qadın bir şey istəyir – seir
Qadın bir şey istəyir
Qadın bir şey istəyir
Bir şey
Deyim nə istəyir?
Bir şey istəyir.
Bir.
Pul istəmir
Mal istəmir.
İki şey istəmir
Bir şey istəyir o,
Bir şey.
Qabırğadır, qabırğa
O istəyir.
İstəyir o
Bir şey olsun.
Qabırğa olsun, qabırğa
Çox şey istəmir ki?
Qadın qadını başa düşür,
Kişi kişini başa düşür,
Kişi qadını başa düşmür?
Kişinin işi qadına düşür,
Qadının kişiyə işi düşmür?
Kişinin beli bükülür,
Qadının abırı tökülür
Abırdan betər sökülür
Onun istəyi bir şeydir
Bir şey!
Rəhm istəyir,
Fəhm istəyir,
Səhm istəmir,
Baş tükündən yaratmadı
Başlara çıxsın.
Dırnaqlardan yaratmadı
Yerə atılsın.
Qabırğadan yaratdı ki,
Ağuşa batsın,
Tumara çatsın,
Sığalda yatsın, yatsın,
Batsın.
Arzuya çatsın, çatın
Yatsın.
Tumar, tumar
Sığal, sığal,
Qabırğa
Qabırğadır, qabırğa.
Qadın bir şey istəyir,
Bir şey.
Qabırğa olmaq istəyir
Qabırğa.
İstəyir o bir şey.
Roma Papasına yazdığı şeir
Papa, papa, ey Papa
Sən yaxçı Papa döyülsən
Döyülməlisən, Döyülməlisən
Döyülən Papa olmalısan…
Utan, utan, utan…
Öl yerə gir, öl yerə gir
Boynuna qamış ölçdüyüm
Papa, Papa, nə papası
Səndən heç mama
Mama da olmaz
Pa pa pa
Guya sən tanıdın
Erməninin yalanını
Nə olsun, nə olsun
Canıva azzar olsun
Pah pah papaymış bu
Kül başına sənin, sənin
Səni papa seçənin, seçənin
Sənə papa deyənin, deyənin
Erməninin, erməninin
Elə Elzanın daşı daşı daşı
Düşsün sizin başınıza başınıza
Dilin, dilin, dilin quruyardı, quruyardı
O sözləri deyincə sən, deyincə sən…
Elza Seyidcahan pul şeiri
Pul
Pullarımı dərmanladım, xarab olmasın,
Sayıb, sərib, sahmanladım, görən olmasın
Yanından ötməsin onun yellər, sovurmasın
Pul havada rəqs edər, gur havada səpələnər
Şabaş, şabaş, o baş, bu baş, danabaş, yavaş
Ey dazbaş, harda pul var orada baş
İllərimi payaladım, günlərimi bellədim
Günlərimi bellədim, içinə su tökdüm,
Böyütdüm, hasarladım, kəhərlədim, mindim, çapdım,
Pullarımın iyini tapdım…