Atalar Sözləri

Dostluğa aid atalar sözləri

Dostluga aid sozler, dosta aid atalar sözləri

Dostluq, yoldaşlıq ən ülvi anlayışlardan biridir. Dostluğa aid gözəl sözlər, dostluğa aid mənalı sözlər, ümumiyyətlərə, dostluga aid sozler, atalar sozleri ve meseller çox insanın axtardığı mənalı sözlər qrupuna aiddir.

Yaxşı dostu yaman gündə sına.

Dost dost tən gərək, tən olsa gen gərək.

Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın..

Ağac kökü ilə güclüdür, insan dostları ilə.

Dost dosta yaman gündə gərəkdir.

Dost dar gündə tanınar.

Eyibsiz dost axtaran tənha qalar.

Dostla dağı tez aşmaq olar.

Dost yolunda boran olar, qar olar.

Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.

Dostun versə qum, al ovcunda yum!

Yaxşı yoldaş uzun yolu qısaldır.

Dostun evini öz evin bil.

Doğru dostluq qərəzsiz olar.

Hər şeyin təzəsi, dostun köhnəsi.

Dostu çox olanın gücü çox olar.

Dostluga aid hikmetli sozler, dosta aid sozler, dosta aid statuslar üçün yazının davamını oxuyun.

Dostluga aid gozel sozler, dosta aid atalar sozleri 
 

Dostluğa aid gözəl sözlər – dostluğa aid atalar sözlərinin davamı:

Dost üzdən, düşmən gözdən bəlli olar.

Sərvətin qiymətini qazananda bilərlər, dostun qiymətini  itirəndə.

Dostun eybini üzünə de.

Dostluq şüşə kimidir, sındırsan düzəldə bilməzsən.

Dostunun dostu sənin də dostundur.

Ağıllı düşmən nadan dostdan yaxşıdır.

Bəlli düşmən, gizli dostdan yaxşıdır.

Cəhd eylə dost qazan, düşmən ocaq başındadır.

Dostu tapmaq çətin, itirmək asandır.

Düşmənə quyu qazıyınca, dosta ev tikərsən!

Dostun yoxdursa axtar, tapdınsa qoru.

Dostun gəlişi bayram olar.

Təzə dost qazan, köhnəni də unutma.

Dostluğun – dostun dəyərini bilməyi unutmayın. Dostluga aid atalar sozlerinden bir neçəsini dostunuza göndərin, nə qədər dəyərli olduğunu bilsin.

Bu yazını dəyərləndir

Back to top button