StatuslarUncategorized

Dəyərli sözlər

Dəyərli, mənalı sözlər

Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar. – Konfutsi

Heç kimsəyə dəyərindən artıq dəyər vermə. Çünki, ya onu itirərsən, ya da özünü məhv edərsən. – Anton Çexov

Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. – İ. Kant

İnsanlarda güc deyil, iradə çatışmır. – V. Hüqo

Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz-özünə; “Mən əlimdən gələni etdim” – deyə biləsən. – U. Şekspir

Deyerli, menali, hikmetli sozler

Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir, və hər vaxt oradadırlar. – Z. Freyd

Çətinliyə demək olar ki, hər insan dözə bilər, lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin. – A. Linkoln

Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər. – V. Hüqo

Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç. – A. Şopenhauer

Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. – Ə. Turxan

Əsl sevgi – bu kor sədaqətdir, cavabsız itaətkarlıq, özünü alçaltma, özünə və bütün dünyaya sual vermədən ruhunu əzab verənə verməkdir. – Ç. Dikkens

Bu dünyada həqiqəti deməkdən daha çətin və yalan danışmaqdan daha asan heç nə yoxdur. – F. Dostoyevski

Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır? – A. Kristi

Hamı dünyanı dəyişməyi düşünür, amma heç kəs özünü dəyişməyi düşünmür. – L. Tolstoy

Vəhşi heyvan tələ ilə, insan oğlu yaxşılıqla ovlanar. – Sədi

Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir. – Ç. Çaplin

Həyatda ehtiyac duyulanlar; bilməməzlik və özünə inam bax o zaman müvəffəqiyyət şübhəsizdir. – M.Tven

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button