Gülməli StatuslarSözlər

Cool statuslar

Cool statuslar oxuduqda “əla fikirlırdir”, “mütləq mən də belə gözəl və diqqət çəkən paylaşımlar etməliyəm” , “görəsən bu statusu haradan tapıb” deyə suallar yaranır beynimizdə. Sualınızın cavabı bizdədir. Əlbəttə ki, bu cür cool statuslar Statuslar.az-da təqdim olunur.

Heç yalan danışmadım deyən insan belə, əslində “necəsən?” sualına “yaxşı” deyərək yalan danışmışdır.

Cahiliyyət insan özünün belə düşməni ikən başqasına dost olması necə gözlənilər (Sokrat)

Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. 

Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir.

Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər.

Böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar.

Böyük insanlar çox vaxt böyük əməllərinə görə deyil, buraxdıqları səhvlərə görə xatırlanırlar

Başqasının yarım-yarımçıq təlimlərini öyrənməkdənsə, onları yenidən yaratmaq daha rahatdır.

Həmişə orijinal olmaq istəyən insan nadir hallarda sağlam bir fikir söyləyə bilir.

Hərdən bir uşaq müəyyən mənada dahidir və hər bir dahi müəyyən qədər uşaqdır.

Qeyri-adi istedadın qeyri-adi zövqü olur. Bir müəllif digərini heç də həmişə paxıllıqdan kiçiltmir.

Qəhrəmanlar gedəndə səhnəyə təlxəklər çıxır. 

Müdrikliyin həddi var, axmaqlıq isə hüdudsuzdur. 

Yuxarı qalxanda dayana bilərsən, amma düşəndə – yox.

Vəzifə kiçikləri böyüdür, böyükləri kiçildir.

Yalnız böyük insanların böyük qüsurları ola bilər.

Bir nar ağacı var, bir də dar ağacı,
Namərdə nar düşdü, İgidə dar ağacı.

Amal uğrunda ölmək-əbədi yaşamaqdır.

Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz

Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var.

Nəfsinin hakimi olan dünyanın ağası olar.

Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir.

Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır

Qüsur gözəllikdir, dəlilik dahilikdir. Tamamilə gülünc olmaq tamamilə darıxdırıcı olmaqdan daha yaxşıdır.

İkiüzlü olmaq istəyirsənsə, çalış heç olmasa biri gözəl olsun.

Ən qorxaq kişi sevmək niyyəti olmadığı halda bir qadında sevgi oyadandır. 

Sevdiyin işi seç, beləliklə ömründə bir gün də işləmək məcburiyətində qalmayacaqsan.

Qiymətsiz insanlar yemək və içmək üçün yaşayırlar, dəyərli insanlar isə yaşamaq üçün yeyirlər.

Həyat suallarla, axmaqlar cavablarla doludur.

Qorxaqlıq qəddarlığın anasıdır.

Susmaq heç vaxt xəyanət etməyən bir dostdur.

Həyat doğrudan da sadədir, lakin biz onu mürəkkəbləşdirməkdə təkid edirik.

3.6/5 - (5 votes)

Back to top button