Mənalı StatuslarMaraqli Statuslar

Ciddi statuslar

Ciddi statuslar axtarışında olanlar tam da doğru ünvandadırlar. Artıq real aləm kimi, virtual da bizim həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Dostluqlarımızı, sevgimizi, əsəbimizi, incikliyimizi məhz sosial aləmdə ünvanlaya bilirik. Bunlardan biri də yazmış olduğumuz ciddi statuslar hesab olunur ki, fərqli mövzularda olan fikirlər Statuslar.az-da təqdim edilir.

Məgər susmaq.ş insanın öz ilə danışması imiş. Bunu yeni anladım.

Ucuz insanların üstündən qurulan xəyallar, xəyal qırıqlığından başqa bir nəticə verməz.

Məni pis insan olaraq bilməyinizdə problem yoxdur. Çünki mənə ən böyük zərərləri yaxşı insan olduğumda verdiniz.

Ümidin olduğu yerdə, möcüzələr çiçək açar.

Bir şeyi həqiqətən istəyən bir yol tapar, istəməyənsə bəhanə tapar.

Ayağına batan tikanlar, axtardığın güllərdən xəbər verir.

Heç kimi gözündə kiçiltmə! Gün gələr , gözündə kiçik gördüyün hər şey üçün böyük bədəllər ödəyərsən.

Həddini bilmədikdən sonra, çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın, çünki susan danışsa dözən olmaz.

Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmarsan

Başqalarına hörmət etməyən özünə hörmət etmir.

Sənə necə davranmalarını istəyirsənsə, sən də başqalarına elə davran. Lakin, ilk yaxşı davranışı sən et.

Sus, ya da susmaqdan da qiymətli söz söylə!

Günlər günləri qovalayır. Günlər günləri eynilə təkrarlayır. Yorulurlar. Yaşamaqdan deyil, yaşaya bilməməkdən yorulurlar.

Qapımıza deyil, qəlbimizə vuran buyursun!

Tək peşmanlığım sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmağımdı.

Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər çürütməz.

Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar.

Yaxşılıq edirmiş kimi görünməyin. Yaxşılıq edin və görünməyin!

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq…

Alçalmaq, yüksəlməkdən çox daha asandır.

Köpək olmaqda israrlısansa, sədaqətli olmağı öyrən, hürməyi deyil.

Həyatımdan çıxarkən təşəkkürümü həvəslə bildirə biləcəyim insanlar var.

Boş yerə ümidlənmə, qəlbim artıq heyvan sığınacağı deyil.

Ciddi statuslar

Səndən sonra yarım, natamam qala bilmərəm, çünki məni heç nə büdrədə bilməz.

Çayın şəkərsizinə, insanın şərəfsizinə öyrəşə bilmədim…

Sənə məsləhətim: başqasıyla gələn xoşbəxtlik elə onunla da gedər.

Çox sadiq dostlarım var. Allah şahiddir, yaxşı günlərimdə məni heç vaxt tənha hiss etdirmədilər.

Mən günəşəmsə, sən də aysan. Mən doğduğum yerdə sən batarsan.

Daha çoxu üçün təsir edici statusları oxuya bilərsiniz.

4.5/5 - (2 votes)

Back to top button