Şeirlər

Bilik gunune aid seirler

15 sentyabr bilik günü üçün yazılan şeirlər toplusunu aşağıdan oxuya bilərsiniz. Bilik gününüz mübarək.

“Kitablar” şeiri

Kitablar mənim dostum
Onlarla ucalıram
Kitablar düzgün yolum
Zirvəyə yol alıram
Mənim üçün kitabsız
Həyatın mənası yox
Düzgün mənalı yol
Kitabla başlanan yol
Həyatın sirrlərini
Bizə deyir kitablar
Ömrümüzün yollarına
Nur çiləyir kitablar
Gizli xəzinə kimi
Kitabları axtaraq!
Qiymətli əşya kimi
Kitabları qoruyaq!
Oxudum bir çox kitab
Gah güldüm, gah ağladım.
Dil açdı sanki kitab
Söhbət etdim, danışdım
Oxunan bir çox kitab
Yaddaşlarda qalandır
Ən çox sevdiyim kitab
Çərpələng uçurandır.

“Bir ömür var o Müəllim ömrüdür” şeiri

Ətrafına işıq saçan, nur saçan
Ömürlərə çığır salan, yol açan
Yaşlandıqca, qocaldıqca ucalan,
Bir ömür var, o müəllim ömrüdür.
Ömrünü öyrətməklə keçirən,
Həkimləri,alimləri yetirən,
Həyatını bir şam kimi bitirən,
Bir ömür var o müəllim ömrüdür.
Müəllimlər doğma qalır, hər yadda,
Bir hikmət var, bu kəlmədə bu adda,
Şərəfiylə,qüruruyla həyatda,
Bir ömür var o müəllim ömrüdür.
Hökmranlar önündə baş əyməli,
Peşəsiylə öyünməli, öyməli,
Yazılmalı, baxılmalı, görməli,
Bir ömür var o müəllim ömrüdür.

Müəllif:Naməlum

Kitabların anası şeiri (Zahid Xəlil)

Əlifba kitabıdır,
Kitabların anası.
Hər hərf bir göyərçin,
Hər hərf su sonası.

Nə çox səs var dünyada
Adam səsi, quş səsi.
Təbiətin dili var,
Düşündürür hər kəsi.

Səslərdən söz yaranır,
Sözdən gözəl cümlələr.
Sözə ―qızıl deyibdi,
Söz qədrini bilənlər.

Böcəyin də səsi var,
Küləyin də səsi var,
Hər səsin də yazıda
Bir cür işarəsi var.

Səs yazılsa vərəqə
Çönüb hərf olacaq.
Qanaq çalıb havada
Dəftərimə dolacaq.

A- da ana deyirəm,
V- da vətən kəlməsi.
Vətən ulu babamdır,
Vətən atamın səsi.

Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.

Gəlin heç tələsməyək,
Öyrənək Əlifba-nı.
Bu dünyada onun tək
Əziz bir kitab hanı?!

Rafiq Yusifoğlu. Müəllim
Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.

O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.

Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.

Bilik günü təbrikləri

“Məktəblərin qapıları açıldığından tələbələrə öyrənmək, araşdırmaq və inkişaf etmək üçün bol imkanlar təqdim edən bir dövr arzulayıram. Uğurlarınız heç vaxt əskik olmasın.”

Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir.

Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Bu yazını dəyərləndir

Back to top button