Qəmli statuslar

Ağlamalı Statuslar ✅

Aglamali statuslar sizin ruh haliniza uyöun zamanlarda kefinizin pis olduğu və ya qəlbinizin qırıldığı zamanlar paylaşmağınız üçün uyğun ola bilər. Ağlamalı statuslar üçün aşağıdakılara baxın.

Kimisinə get deyərsən dəyərli olarsan, kimisini canından çox sevərsən lazımsız olarsan…

Mahnılar yalan deyir, ağladan heç bir şey gözəl deyildir.

Ağlamaq gözlərdəki yaşı boşaldır, acın isə həmişə təzə qalır.

Havam pozulmağa başladı yenə. Gözlərim də dolmağa. Deyəsən qəlbimdə bir yerlərə sən yağdı gecə gecə

Bəzən insan “Səni sevirəm” deyə bilməz. Sadəcə “Sən də xoşbəxt ol” deməklə kifayətlənər.

Əgər bir insanı həqiqətən unutmaq istəyirsənsə onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.

Sən mənə bir nağıl danışdın, mən o nağılda yaşamağa başladım. Nağıllar xoşbəxt sonla bitərdi axı, niyə son səhifəni qopardın?

Sevməyi filan deyil, yalnızlığı öyrən. Çünki çətin zamanlarda ən çox ona ehtiyacın olacaq…

Tənhalıq ömrüm boyunca tanımadığım bir yad idi, onunla indilərdə birlikdə oyanırıq. Hər yeni günə iki tənha mahnılar yazırıq.

Tənhayam deyə kədərlənmə! Onsuz da insan doğularkən də, ölərkən də təkdir…

Xatırla Sevgili; Məni necədə qoyub getmişdin! Sən yoxkən mən tənhalıqla tanış oldum.

Mənim yalnızlığım səni gətirməli gecələrdə, ilıq bir yaz gecəsi qatran qarası üzün. Gah yaşanmışlığa, gah yaşanacaqlara bir söyüş savurmalı. Vurmalı gerçəklər üzünə dönüb ardına baxmalı qorxmamalısan bir dəfə daha, bir dəfə daha deməlisən.

Günəşin buz tutduğu yerdə bir alov görsən bil ki o yalnız və yalnız sənin üçün yanan ürəyimdir…

Yollar ayrı düşende sevgi neylesin.O meni sevmeyende gelbim neylesin…?

Biz ki unutmuşuq ilk məhəbbəti. Ax bu qəfil görüş kaş olmayaydı. Sənin gözlərində eşqin həsrəti. Mənim gözlərimdə yaş olmayaydı…

Unutma! Necə sənsizliyi mən yaratmadımsa mənsizlikdə də mənim əsərim olmayacaq.

Ayrılıqlar kiçik sevgiləri öldürər amma böyük sevgiləri gücləndirər. Eynilə küləyin şamı söndürüb, yanğını gücləndirdiyi kimi.

“Gələcəm gözlə”. Dedi, getdi. Mən gözləmədim, oda gəlmədi. Ölüm kimi bir şey idi, amma kimsə ölmədi.

Dünyanın ən böyük yüküdür, ağlı səndə olmayanı, israrla ürəyində daşımaq.

Ən çox istədiyiniz şeyi tam da onu itirdikdə fərq edərsiniz.

Mən Sənsiz keçən günlərimə yanarkən,bəlkə Sən mənsizliyə sevinəcəksən,amma unutma ki,bir gün Sən də sevəcəksən…

O gözəl saçların bir-bir tökülsün, o gün olsun sənin boynun quruyaraq bükülsün. Məzarın ilan əqrəblə bol olduğu yerdə qazılsın. Allah səni yandırsın məni yandırıb yaxdığın üçün.

Bu gecə yenə gizlicə yuxuma girərək məni bərk qucaqla, öp, yaxşıca iynə, son dəfə üsyan et və sonra çıx get lənətlənmiş həyatımdan.

Kaş ki sevməyəydim sənin o yalançı gözlərini. Kaş ki toxunmayaydım o incə əllərinə. Kaşki aldanmayaydım sənin o yalançı sözlərinə. Yazıqlar olsun mənim bu halıma.

Olar da bir gün adım keçsə sevgilinlə, saxlama söylə bütün gerçəkləri o mənim bir gülümsəməmlə xoşbəxt olardı mən də həmişə sevirəm deyə aldadardım deyərsən.

Əvvəllər qaranlıqdan və yağışdan qorxardım indi isə yağışlar göz yaşım oldu, qaranlıq isə etibarlı sirdaşım.

Üç səhvim oldu. Tanıdım, güvəndim, inandım! Bir düzüm oldu, sevdim. Amma üç səhv bir düzü sildi.

“Dünyaları sığdırırdım ürəyimə” deyərdin mənə bir zamanlar. Dünyaları sığdırırkən ürəyinə, məni sığdıramadınmı?

Min dəfə yalan olsan da inanardım sənə. Sən məni aldatmadın, mən sənə inanmağı seçdim. Hamısı budur.

Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an əllərindən çıxıb gedəcəkmiş kimi, həm də həmişə sənin qalacaqmış kimi.

aglamali statuslar 2020, ağlamalı statuslar

Başqasını sevmən mənə əzab verərmi sandın? Sən məni də sevmişdin onsuz da. Uşağıydım da o qədər inanmışdım ki qayıdacağına.

İnsanlar sahib olduqlarını kiçik hesab edər, sahib ola bilmədiklərinə əhəmiyyət verər.

Ağlayırsansa bir səbəbi vardır, gecələri şəkilinə baxıb içirsənsə bir səbəbi vardır hər şeyin bir səbəbi vardır, səbəb eşqsə hər şey vardır!

2.7/5 - (3 votes)

Back to top button