StatuslarMənalı Statuslar

Qız uşağına aid statuslar

Qız övlada aid, qız uşaqları

Əlbəttə ki, bütün övladlar dəyərlidir, istər qız, istərsə də oğlan. Eyni dərəcədə sevgi, qayğı ilə böyüdülməlidirlər.

Təəssüf ki, əsrlər əvvəl qız uşaqlarına və qadınlara göstərilən ədalətsiz rəftar qız uşaqlarına xüsusi qayğının önəmini illərlə təkrarlamağın, göstərməyin vacibliyini sübut edib.

Qız uşaqlarını ilkin olaraq elə ataları qorumalıdır. Onlar atalarından əsl sevginin gücünü görməlidirlər. Bununla da bitmir, o atalar övladlarının analarına da yaxşı davranaraq qızlarını necə sevdiyini sübut edə bilərlər.

Qiz ovladlari haqqinda sozler

Qız uşağı – ananın dostu, atanın göz bəbəyidir.

Qız da, oğlan da övladdır, hər ikisi bir-birindən şirin.

Allah sizə qadınlarla yaxşı rəftar etməyi əmr edir, çünki onlar sizin analarınız, qızlarınız, xalalarınızdır.

Qız uşağı – evin sevinc mənbəyidir. Onun gülüşü ilə dünya gözəlləşir.

Qiz usagi evin sevinci

Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir, o sənin sədaqətinin dərinliyini göstərir.

Bir qız uşağının gözlərindəki parıltı ilə həyat daha rəngli olur.

Analar, qızlarınızın qayğısına qalın, onlara yaxın olun, qoruyun ki, sadiq və vəfalı olsunlar.

Qız uşağı olmaq çiçək olmaq kimidir – hər kəs sənin sevginə heyran qalır.

Qız uşaqları, gözəlliyi ilə deyil, məsumluğu və sevgisi ilə ətrafa işıq saçırlar.

Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər.

Bir evdə qız uşağı varsa, o evdə həmişə ümid var.

Qiz usaqlari

Bir atanın öz qızına olan sevgisi qədər saf bir şəfqət yoxdur.

Balaca qız ikən heç kim mənə gözəl olduğumu söyləməmişdi. Bütün kiçik qızlara gözəl olduqlarını söyləmək lazımdır, hətta olmasalar da.

Qız uşağı ana üçün bir sirdaş, ata üçün isə qəhrəmandır.

Gül bitəndə yerin, qız böyüyəndə millətin gözüdür.

Evə gələndə qızım qapıya qaçıb məni qucaqlayacaq və o gün baş verənlər bir andaca uçub gedəcək.

Qız uşaqları incə ürəkləri ilə dünyanı daha gözəl edir.

Bəlkə onun gözəl qız olduğunu düşünürsən? O sadəcə olaraq ismətli və təvazökar idi. İndi insanda ən qiymətli şey onun şərəfidir.

Qiz usagi xosbextlikdir

Allah qız uşağını ailəyə əmanət edib, çünki ən qiymətli hədiyyələr ən gözəl qutularda verilir.

Sevgisiz qız günəşsiz çiçək kimidir. 

Qız uşağı – mələk kimi gözəl, çiçək kimi incədir.

Qız qızıl alma, qızı gözdən salma.

Qızlarınıza bu sözləri deyin:

Sən mənim ən dəyərlimsən, qızım, həmişə də elə qalacaqsan!

Qızım, səni sevmək ürəyimin ən təmiz duyğusudur. Sən mənim hər şeyimsən.

Sən böyüdükcə mənim ən yaxın dostum olursan. Sənə olan sevgim günbəgün artır, qızım.

Qiz usaqlari

Sən mənim çiçəyimsən, qızım.

Hər an səninlə yeni şeylər öyrənirəm. Birlikdə böyüyürük.

Sənin gözlərindəki sevinc səbəbi məni də sevindirir.

Çiçəyim, çiçəyimsən, qızım. Səni hər şeydən çox sevirəm. Həmişə də sevəcəyəm.

Bu yazını dəyərləndir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button