“Maestro School”un yetirmələri Nyu-Yorkda TOP 3-lüyə yüksəlib
6-12 iyun tarixlərində ABŞ-ın Nyu-York ştatında “Neo Science” beynəlxalq olimpiadası təşkil olunub. Minlərlə məktəblinin qatıldığı beynəlxalq olimpiadada ölkəmizi aparıcı İT və proqramlaşdırma məktəbi olan – Maestro School şagirdləri də təmsil edib. 8 “Maestro School” yetirməsinin qatıldığı olimpiadada məktəblilərimiz çox yüksək nəticə göstəriblər.
Şagirdlər kodlaşdırma, riyaziyyat, təbiət elmləri kateqoriyaları üzrə yarışıblar və vətənə 24 medalla geri dönüblər. Məktəblilərimiz dünyanın müxtəlif ölkələrindən qatılan yeniyetmələr arasında TOP 3-lüyə yüksəliblər. Bundan öncə dünyanın müxtəlif ölkələrindən 9 mindən artıq məktəblinin iştirak etdiyi beynəlxalq olimpiadada da Cənubi Qafqazın tarixində ilk dəfə olaraq “Maestro School”un yetirmələri – 9-cu sinif şagirdi Mirrəhim Mirvəlişli və 10-cu sinif şagirdi Səid Hüseynli müvafiq olaraq ikinci və üçüncü yeri qazanıblar.
Xatırladaq ki, “Maestro School” proqramlaşdırma məktəbi 2022-ci ilin aprelindən fəaliyyət göstərir. Uşaqlar və böyüklər üçün proqramlaşdırma və robototexnika məktəbidir və keyfiyyətli İT təhsili ilə təmin edir. Tədris sistemini davamlı olaraq inkişaf etdirən və müasir İT protokollarına uyğun təşkil edən “Maestro School” öz fəaliyyətini ən aktual biliklər, kompleks təlim proqramları, müəllim-praktiklər və effektiv tədris metodikası əsasında təşkil edilir. Məktəbdə uşaqlar və böyüklər üçün proqramlaşdırma, böyüklər üçün proqramlaşdırma, mobil proqram tərtibatçısı, robototexnika, Uİ&UX Dizayn, VR/AR Tərtibatı, Front – End, Back – End, SQL proqramları tədris olunur.