Şeirlər

Mikayıl Müşfiq şeirləri

Mikayil Müşfiq kimdir?

Mikayıl Müşfiq Azərbaycanın ən sevilən şairlərindən biri olmuşdur. Çox təəssüf ki, ömrünün ən gənc çağında xalqımız belə bir şairi itirdi. Yazdığı duyğu dolu şeirlərdə sevgi hissi o qədər qabarıqdır ki, Müşfiqin şeirlərini oxuduqda xəyallara dalmamaq, özünü nağıllar dünyasında hiss etməmək mümkün deyil.


Mikayil Musfiq seirleri

Qal sənə qurban

Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Deyirsən yanında qalacağam mən,
Çox gözel fikirdir, qal sənə qurban.
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərınlə al sənə qurban.

Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.

Qal Sene Qurban

Qurban olduğum

Bilməm, məni nеçin atmış, unutmuş,
Cövrü-cəfasına qurban olduğum.
Yoхsa özgəsinə üzünü tutmuş,
Yеni sеvdasına qurban olduğum?

Mən Dilbəri sordum gəlib-gеdəndən;
Dеdilər, barışmaz, küsmüşdür səndən.
Mən iltifat еtdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.

O mənim sеvgilim, o mənim anam.
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm, harda qaldı o nazlı durnam,
O хoş sədasına qurban olduğum.

Ayrılıq oduna könül dayanmaz.
Еşq oduna yanan bir daha yanmaz.
Çəkdiyim nalədən nеçin oyanmaz,
Şirin röyasına qurban olduğum?

Yaşa könül!

Ah, bu uzun sеvda yolu
Vurulurmu başa, кönül!
Nişan aldım, кaman atdım,
Dəydi oхum daşa, кönül!

Bir od düşdü buluduna,
Yandı кönül еşq oduna,
Qaldın hicran umuduna,
Еy qırılan şişə кönül!

Tərlansan, göydən еnməzsən,
Bu torpaqda sеvinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, кönül, yaşa, кönül!


Ay qız

Sən də alıb ələ bir qızıl rübab,
İncə tellərini dinləndir, ay qız.
Döşündən ellərə bağla bir kitab,
Susqun dodaqları dilləndir, ay qız!
 
Qalmasın sözlərin qəlbində gizli,
Mən görmək istəməm çöhrəni sisli.
Ol arslan ürəkli, şəfəq bənizli,
Gülərək yurdunu şənləndir, ay qız!
 
O qara günlərin getsin gəlməsin,
Bir daha keçmişin üzü gülməsin.
Ümidi səndədir məncə hər kəsin,
İndidən ruhunu telləndir, ay qız!

Mikayıl Müşfiq şeirləri, sevgi dolu şeirlər

Mehebbet seiri

Məhəbbət

Mən ki, bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?

Mən ki, nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən.
Məndən uzaq gəzib,dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?

Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın belə.
Müşfiqin qəlbini tez alıb ələ,
Onu röyalardan oyatmadınmı?

Kimidir

Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamaşa görkəmi səmən kimidir.

Nə arzu eyləsən, könlümdə vardır,
Eşqimin səhəri bir ilk bahardır.
Ona könül verən nə bəxtiyardır,
Fikrim-hissim təzə gülşən kimidir.
 
Müşfiqin ürəyi yarpaqdan incə,
Titrəyir bir xəfif rüzgar əsincə,
Məşuqun ayağı haraya dəysə,
Orası aşiqə vətən kimidir.

Yağış yağarkən

Yağış yağır, rəqs еyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iкi qara bulud çatılaraq,
Ildırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.

Çaхnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baхın, qaldırımlar.
Dönmələrdə durana baх, qaçana baх!
Qaldırımda o balaca oğlana baх!
Öz döşündən yеni sözlər toхuyaraq,
Ayağını şappıldadır oхuyaraq.
Gülə-gülə bir qız qaçır o səкidən,
Ürəкciyi хali dеyil səкsəкidən,

Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.
Еy gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şuх, çaqraq zamanıdır.

Yağ, yağışım, yağ sеl ol, yağ!
Sırma-sırma, tеl-tеl ol, yağ!

Çözül, sən кi кölgəli bir yar saçısan,
Bağrıyanıq səhraların əlacısan.
Yağ, yağışım, sеllənərəк,
Sırmalanıb tеllənərəк!
Zümzümənlə şirin-şirin dillən, yağış.
Кüçələrdə uşaq кimi vеllən, yağış!

Bunlar кеçər, çarpın, səma, кöкsüm кimi,
Еy ildırım, səs vеr mənə, səsim кimi!
Yağ, еy yağış, fiкrim кimi, hissim кimi,
Uzaq, yaхın çöllərə yağ,
Ölкələrə, еllərə yağ!
Yağış yağır, rəqs еyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.

Mikayıl Müşfiqin romantik şeirləri, romantic seirler

Söylə

Günlərim aхışır bir uyqu кimi,
Dərədən dərəyə aхan su кimi,
Dilbərim hərcayi bir ahu кimi
Hicran dağlarını aşarmı, söylə?

Sənsiz nə zövqü var bağın-baharın?
Açan çiçəкlərin, uçan quşların?
Sənsiz cənnət olsa кainat yarın,
Hеç mənim ruhumu oхşarmı söylə?

Səninlə bağlayıb mən əhdi-pеyman,
Dеdim qismətimiz olmasın hicran.
Müşfiq quş olsa da, görəsən bir an
Səndən uzaqlara uçarmı, söylə?

Ana

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!… Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
 
Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış;
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
 
O fidanı bəzi vaqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki: – Mənə dəymə, yazığım!
 
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
 
Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.
 
İndi mənə hər kəs: – Anan, baban varmı? – söyləsə,
Diyorum ki, – qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.
 
İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

Sevgiler – Mikayil Musfiq

Sevgilər

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

Ürək

Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!

Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!

Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O, səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!

Bu yazını dəyərləndir

Back to top button