Vətənə aid şeirlər
Vətənə aid şeirlər axtarışında olan oxucularımız üçün bu səhifəni yaratdıq. Burada doğma Azərbaycanımıza aid çox sayda şeirlər vardır. Buyun, tanış olun.
AZƏRBAYCAN – YURDUM MƏNIM! ŞEİRİ
Müəllif: Məmməd Araz.
Qayalarda bitən çiçək,
Çiçəklikdə bir qayatək,
Ulduzlara səs düşəcək:
Azərbaycan – yurdum mənim!
Qartalları od qanadlı,
Oğulları şimşək atlı,
Ana Vətən kainatdı
Azərbaycan – yurdum mənim!
Dostdan uca zirvə varmı?
Sözdən şirin meyvə varmı?
Bundan gözəl töhfə varmı?
Azərbaycan – yurdum mənim!
VƏTƏN ŞEİRİ
Müəllif: Abbas Səhət
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!
VƏTƏN NƏDIR?! ŞEİRİ
Müəllif:
Vətən nədir?-Anlayana ana deməkdir.
Ana kimdir?- Bizə vətəni anladan.
Vətən nədir?- Ümman yeri,ümid deməkdir.
Ümid nədir?- Bizi sabahlara aparan.
Vətən nədir?- Nurlu sabah deməkdir.
Sabah nədir?-Bir addım da irəli.
Vətən nədir?-Get, irəli demekdir.
Qarabağa doğru,Qarabağa irəli.
Vətən nədir?- Qarabağdır, Təbrizdir,
Çünki onlar, vətənçün can deməkdir.
Yenə soruşsanki bu vətən nədir?
Bilki, Vətən- AZƏRBAYCAN deməkdir.
Azərbaycan torpağı çox sayda şairlər, bəstəkarlar yetişdirmişdir. Bu dahi şəxsiyyətlərin yaradıcılığında ilk yeri vətənpərvərlik mövzuları tutmuşdur. Vətənə, torpağa, bölgələrimizə aid şeirlər olduqca çoxdur. Bu şeirlər bayram tədbirlərdində daha çox səsləndirilir, məktəblərdə, bağçalarda uşaqlara öyrədilir.
“AZƏRBAYCAN” ŞEİRİ
Müəllif: Sədaqət Əhmədova.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban , Azərbaycan !
Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !
Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !
“QARABAĞDA” ŞEIRI
Müəllif: Hikmət Ziya.
Qarabağ təbiətin sərvətidir, varıdır,
Azərbaycan yurdunun solmayan gülzarıdır.
Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır…
Başqa ətirlə açır qönçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.
Qəlbim bu xoş yerlərin həmişə möhtacıdır,
Hər daşını görənlər dirçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Köksündə hər qayası tarixləşib tunc olan
Yenilməz abidəmdir yerdən göyə ucalan,
Yaşı yüzü ötsə də, yoxdur burda qocalan.
İnsan ömrü çətin ki, köç eylər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Neçə səslər yetirib bu yerlərin havası!..
Doymursan dinləməkdən neçə təzə avazı,
Qulaqdan getmir bu an xoş musiqi sədası.
Bülbültək ötür, hətta sərçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Burda hər kəs qonağa hörmətini bol eylər,
Şirin sözü, ləhcəsi ürəklərə yol eylər,
Dünya gözəllərini qamətilə lal eylər
Beli üzükdən keçən incələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var…
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var,
Yetişibdir gör necə incilər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı,
Saflıq çeşmələridir Turşsu, İsa bulağı…
Havası qocanı da gənc edər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Gözlərinə ağ gələr bu yerdən pay umanın,
Yolunda qurban verər hər bir övladı canın.
Döyünən ürəyidir doğma Azərbaycanın.
Gündüzlər Qarabağda, gecələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
EY VƏTƏN OĞLU ŞEİRİ
Müəllif: Bəxtiyar Vahabzadə
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”
Sən bu gül bayrağm altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”
Ən gözəl vətənə aid şeirləri bizim saytımızda tapa bilərsiniz. Şeir toplusu Statuslar.az-dadır. Bəyənəcəyiniz, çoxdan axtardığınız bütün Azərbaycana aid şeirləri burada görəcəksiniz.
AZƏRBAYCAN YAŞAYIR
Müəllif: Rafiq Yusifoğlu.
Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.
Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.
Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.
Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.