Mudrik sozler
Mudrik sozler bizdən əvvəlki nəsildən bizə miras qalan və indi də yaşamaqda olan bəzi müdrik insanlar tərəfindən yazılmış, deyilmiş ifadələrdir. Buyurub aşağıda bu sözlər ilə tanış ola bilərsiniz.
Nə qədər yüksəlsən, uçmağı bilməyənlərə o qədər kiçik görünəcəksən. – Fridrix Wilhelm Nietzsche.
Bir insan hansı limana çatmaq istədiyini bilirsə, hər bir külək ona uyğundur. – Lucius Annaeus Seneca
İşimiz Allaha qalıbsa, olmuş bil. – Şəmsi-i Təbrizi.
İnsanları yaxşı tanıyın, hər insanı pis tanımayıb pisləməyin və hər insanı yaxşı bilib tərifləməyin. – Hz. Mövlana
Ədalət qanunlarında belə hər zaman haqsız bir tərəf var. – Michel de Montaigne
Xoşbəxt olmaq üçün olduğunuz andan daha yaxşı bir an olduğuna qərar vermək üçün gözləməyi dayandırın.Xoşbəxtlik hədəf deyil, səyahətdir. Çoxları xoşbəxtliyi insandan yüksək, bəziləri daha aşağı axtarır. Ancaq xoşbəxtlik insanın boyu ilə eyni səviyyədədir.
Konfutsi
Bilənlər danışmır, danışanlar bilmir.
Lao Tsu
Həyat elə lənətə gəlmiş bir şeydir ki, susduğu zaman danışmadığınız üçün peşman edər və danışdığınız zaman susmadığınız üçün.
Charles Bukowski
Bir bağınız və kitabxananız varsa heç bir əksikliyin yoxdur.
Çiçeron
İnsanların həqiqətən nə düşündüyünü başa düşmək üçün dediklərinə deyil, etdiklərinə baxın.
Rene Dekart
Bir reallığın qeyri-müəyyən, anlaşılmaz və qeyri-sabit olması onun mövcud olmadığını ifadə etmir.
Amin Maalouf
Çox mal haramsız, çox söz yalansız olmaz.
Yunus Emre
Həqiqət yox olmaz bir bitkidir. Onu bir daşın altına basdırsanız belə , zamanı gələndə ortaya çıxmağın yolunu tapar.
Frank Thiess
Nə olduğumu buraxdığımda , nəisəm o ola bilərəm.
Lao Tsu
Ehtiyacın olan hər şey sənin içindədir. Həqiqəti axtarmaq lazım deyil. ; Real olan sənsən. Mükəmməllik axtarmağa da ehtiyac yoxdur; Sən mükəmməlsən. Xoşbəxtlik də axtarmaq lazım deyil; harada olursan ol, sən xoşbəxtliksən.
Ağrı səni gücləndirər, qorxu səni daha cəsarətli edər. Ürək qırıqlığı isə səni daha ağıllı edər.
Bir günəş kimi parlamaq istəyirsinizsə, əvvəlcə bir günəş kimi yanmalısınız.
Bir qapı bağlandıqca başqa bir qapı açılır. Ancaq əksər vaxt bağlanan qapıya o qədər uzun və təəssüflə baxırıq ki, bizim üçün açıq olanı görmürük.
İnsanın söyləyəcək çox şeyi olduğu halda, söyləməməyi bilməsi yetkinlihin başlanğıcıdır.
Hərtərəfli çalışın, dəqiq araşdırın, diqqətlə düşünün, düşündüklərinizi nəzərdən keçirin, ciddi və səmimi tətbiq edin.
Oxumağa ehtiyac barıt kimidir. Bir dəfə alovlandıqda artıq sönməyəcək. – Victor Hugo
Əvvəlcə oyunun qaydalarını öyrənməlisən, daha sonra hamıdan daha yaxşı oynamağı . – Albert Einstein.
Taleyin danışdığı yerdə insan susur. – Beydeba
Xalçanı çubuqla vuran adamın məqsədi xalçanı döymək deyil, tozunu təmizləməkdir. Allah sizə problem verməklə tozunuzu və kirinizi alır. Niyə kədərlənirsiz? – Mövlana Rumi
Zəif olan heç vaxt bağışlamaz. Bağışlamaq güclülərin fəzilətidir. – Mahatma Qandi
Yaşlanaraq deyil,yaşayaraq təcrübə qazanılır. Zaman insanı deyil armudları yetişdirir. – Peyami Safa
Ağıl ancaq haqqa uymaqla kamil olur. Hz. Ali
Yetkin bir adamla dost olmaq istəyirsinizsə onu tənqid edin. Adi bir insanla dostluq etmək istəyirsinizsə onu tərifləyin.
Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz özünə; “Mən əlimdən gələni etdim” deyə biləsən. William Şekspir
Nə üçün insanlar çoxluğun ardınca gedərlər? Ona görə ki, çoxluq haqlıdır? Xeyr, ona görə ki, çoxluq güclüdür. Paskal
Düşməninizin bilməsini istəmədiklərinizi dostunuza danışmayın. – Arthur Schopenhauer